Əbis Səbah Kənanidən nəql olunub ki, imam Baqir (ə) belə buyurdu: Bir kəs hər gecə “ha-mim” Mömin surəsini oxusa, Allah onun keçmiş günahlarının (cavanlıqda və qocalıqda) hamısını bağışlayar, təqva kələməsini və Allahpərəstliyi onun həmdəmi edər. Axirətin dünyasından daha yaxşı qərar verər.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Behişt boğlarında gəzmək istəyirsə, əvvəli “Ha-mim “-lə başlayan surələri oxusun. Ənəs ibn Malik Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər bir şeyin cövhəri vardır, və Quranın cövhəri isə (ha-mim) surələridir. (ha-mimlə başlayan surələr.). İbn Məsud Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət buyurdu: Hər zaman “ha-mim” surələrini oxuyub, diqqət etdim, elə bilki, xorrəm bağlarda qərar tapdım. Übəyy ibn Kəb deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs ham-mim Mö‎min surəsini oxusa, bütün möminlərin və Peyğəmbərlərin ruhu ona namaz qılarlar, və onun üçün bağışlanmaq tələb edərlər. Əbu Bəsir Həzrət Sadiqdən (ə) nəql edib ki, o Həzrət belə buyurdu: Ha-mimlə başlanan surələr Quranın reyhanıdırlar, belə isə bu surələri oxuyub, qorumaqla Allaha sitayiş etməklə, ona şükr edin. Bir Allah bəndəsi kimi yerindən qalxıb ha-mimlə başlanan surələri oxusa, onun ağzından müşk iy xaric olar. Allah onu oxuyana, qonşularına, dostlarına, rəhm edib, bağışlayar. Hər kəs ona dostluğunu izhar edib ona yaxın olsa, Qiyamət günündə ərş, kürsi, Allahın müqərrəb mləkləri onun üçün bağışlanmaq istəyirlər.
Ənəs ibn Malik Allahın Rəsulundan (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Ha-mim-lər Quranın zinətidir. İbn Əbbas deyir: Hər bir şey özəyi (içi) vardır, Quranın özəyi ha-mim (ha-mimlə başlayan surələr) surələrdir.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Ha-mimlər yeddi ədəddir, və həmçinin Cəhənnəmin qapıları da yeddi ədəddir. (Cəhənnəm, Hutəmə, Ləzi, Səid, Səqər, Haviyə, Cəhənnəm). Qiyamət günündə bu surələr gəlib hər qapının qarşısında dayanar, və onları oxuyan kəsi Cəhənnəmə aparmpğa qoymaz.
Yaralılar şifa tapmaq üçün bu surəni yazıb özündə saxlasa, Allah Cəlilur-rəhmənin izni ilə şifa tapar.

Yazının tərtibində təcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this