Möcüzə qeyri adi bir əməl olub, mübarizə ilə yanaşıdır və digər tərəfdən, möcüzə göstərən tərəfidən iddia da olmalıdır. Qeyri-adi iş təbiət qanununa müvafiq olmadan baş verir.
Möcüzənin qeyri-adi bir əməl olması səbəbiyyət qanununun inkarı, yaxud səbəbin olmaması mənasında deyil. Möcüzənin də adi təbiət qanunu kimi səbəbi var, amma bu səbəb ümümi insanlardan ötrü anlaşılan həddə deyildir. Mübarizə bu mənadadır ki, möcüzə gətirən peyğəmbər onun sözünü qəbul etməyənlərdən onları öz dəvətinə inandırmaqdan ötrü onun kimi möcüzə gətirmələrini tələb edir.
Möcüzə peyğəmbərlərin nəfsindən mənşələnib Allahın izni ilə baş verir. Yəni, yenilməz və sonsuz ilahi qüdrətə arxayın olur. Ona görə də həmişə qalib və qahirdir. Möcüzənin təlim və öyrənməyə ehtiyacı yoxdur, ona görə də bu cəhətdən heç bir qeyd və şərtə ehtiyacı yoxdur. Peyğəmbərlərin möcüzələri macəra üçün yox, əksinə, insanların hidayəti və düz yola yönəlmələrinə görədir. Bu xüsusiyyətinə görə möcüzə kəramətlə, duanın qəbul olunması….sehr və cadu və sairdən.. fərqlənir.
Kəramət isə mübarizə, peyğəmbərlik və insanları hidayət iddiası ilə yanaşı deyil. Sehr, cadu və yoqların işlərində təbii mənşə yoxdur, əgər bəzən olursa da müqəddəs hədəf üzrə deyildir. Bunda əlavə, hər bir fərd çalışmaq və öyrənməklə bunlara əl tapa bilər, çünki, bu işlərin əsli insanın qüdrətindən mənşələnir. İnsanın qüdrəti isə çox zəif və məhduddur. Belə insanlardan baş verən qeyri adi işlər özlərindən yükəsk bir qüdrətin əli ilə məğlubiyyətə məhkumdur.
Amma, möcüzənin sübut olunmasında demək lazımdır ki, möcüzə iki qismdir; bəzən əməli, bəzən də söz və açıqlama ilədir. Əməli möcüzə müəyyən zaman və məkanda insanların tez dərk etdiyi zahiri hiss vasitəsi ilə baş verir və möcüzə baş verdikdən sonra qalmır. Baxmayaraq ki, İslam Peyğəmbərindən (sələllahu ələyhi və alihi və səlləm) bəzi möcüzələr bu günə kimi qalmışdır.
Bu qism möcüzələr haqqında məlumatı olmayan insanlar üçün sübutundan ötrü, möcüzə nəql edən rəvayətlərin araşdılırması ilə ələ gəlir. İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) söz möcüzəsi həmin Qurandır. Quran çox dəfələrlə onun möcüzə olmasına inanmayanları mübarizəyə dəvət edib.
Quranın mübarizəsi yalnız fəsahət və bəlağətə aid deyil, bəlkə də hər cəhətdən, imkan varsa, üstünlüyü var və mübarizəyə dəvət edə bilər. Məsələn, qeybdən xəbər, elmi və ixtilaflı məsələlərin açıqlanması və sair … möcüzəsini də qeyd etmək olar. Amma bunların isbatından ötrü Quranın müxtəlif cəhətlərini araşdırmaq lazımdır. Quranın bu sahələrdə təqdim etdiyi mövzular müqabilində bəşər acizdir.

 


more post like this