(Bakı –Abşeron bölgəsi)

Fani ləqəbi ilə tanınan Mirzə Cəvad Molla Nəcəf oğlu Badkubeyi dərin elmli alimlərdən və həkimlərdən (filosoflardan)biri hesab olunur. Atası Bakının fəzilətli alimlərindən və mücahidlərindən sayılırdı. 1821-ci ildə Bakının,Dağıstanın və Şirvan əhalisinin dini və məzhəbi məsələləri onun vəkaləti altında idi. İran-Rus müharibəsində İranın məğlub olmasından sonra Azərbaycan Çar Rusiyasının əlinə keçir. Molla Nəcəf Əlini və onun tərəfdarlarını tuturlar,sonra Həştərxana sürgün edirlər. Bir neçə ildən sona onun sürgün müddəti sonra yetir,vətəninə qayıtmaq məqsədi ilə gəmiyə minib Bakıya tərəf yola düşür. Özü öz ölümü haqqında əvvəlcədən xəbər verdiyi kimi,sahilə yaxınlaşan zaman gəmi tufana düşür. Başqa sərnişinlərlə birlikdə cəsur alim Molla Nəcəf Əli də haqq dünyasına qovuşur. Mirzə Cəvad atasının ölümündən sonra onu himayə edən bir şəxsin olmayacağını görüb İrana səfər etməyi qərara alır.
Atasından qalan irsi və mal-dövləti öz qardaş və bacılarına verib İranın İsfahan şəhərinə gəlib, “Cəddə”mədrəsəsində sakin olur. Ərəb dilinin müqəddimat dərslərini,fiqh-üsul və İlahiyyat fəlsəfəsini öyrənməyə başlayır. Məxsusən, Sədrul-Mütəllihinin, “hikməti-mütəaliyə”kitabını ustad Seyyid Məhəmməd Baqir və Mirzə Rzadan(böyük filosof Molla Əli Hurinin şagirdlərindən idi) öyrənir. Bir müddət Məşhəd və Tehran şəhərlərində hikmət və kəlam elmlərini tədris edərək fəzilətli şagirdlər yetişdirir.Hökümət aparatına yaxın düşməyib,azad və asudə yaşayışı mənsəb və vəzifədən üstün tutur. Mirzə Cavad çox səxavətli,əliaçıq adam olub. O qədər hədiyyə və bəxşiş edərdi ki,hətta özü üçün şam yeməyinə bir şey qalmazdı.Bu barədə alim özü gözəl bir şey yazmış və bu şerdə özünə “Fani” ləqəbini vermişdir. Ömrünün axır çağlarını Azərbaycanda keçirir və orada da dünyadan köçür.
“Təzkireyi-Müəməyyiz”kitabının müəllifi yazır: “Bu fəzilətli şəxsiyyət hikmət elmində kamil bir ustaddır və kəlam elmində ictihad səviyyəsinə çatmışdır.Elmi dərəcəsi yüksək səviyyədədir,sözlərində kamala dəlalət edən kəlmələr var.Şer yazmaq qabiliyyətinə də malikdir”.

ceferiler.com


more post like this