Muhəmməd(s) meracda olarkən ümmətin bir qism qadınlarını əzab içərisində görüb. Bu qadınlara hansı əməllərinə görə əzab verildiyinə diqqət etsək, görərik ki, bu əməllər cəmiyyətə ciddi ziyan vurur və fərdi ziyandan çox, ictimai fəsad törədir. Şərhə keçməzdən əvvəl hədisi bütünlükdə qeyd edirik.

Şiə məzhəbinin böyük alimi və elmi simalarından olan İslamın mötəbər hədisçisi Həzrət Əbdüləzim Həsəni (həzrət Hadinin (ə) buyurduğuna əsasən, onun ziyarətinin savabı imam Hüseynin (ə) ziyarətinin savabı ilə bərabərdir) imam Cavaddan (ə), o Həzrət (ə) də ataları vasitəsi ilə Əlidən (ə) belə nəql edir: «Mən və Fatimə (ə) Peyğəmbərin (s) yanına getdik. O Həzrət (s) çox möhkəm ağlayırdı. Soruşdum: «Atam, anam sənə fəda! Ağlamağınızın səbəbi nədir?» Buyurdu: «Meraca aparıldığım gecə ümmətimin bəzi qadınlarını gördüm.Çox şiddətli əzab içində idilər. Onları bu şəkildə görcək, məni ağlamaq tutdu. Başının qabağının tükü ilə Cəhənnəm divarından asılmış bir qadın gördüm. Əzabın şiddətindən beyni qaynayırdı. Dili ilə Cəhənnəm divarına bağlanılmış bir qadın gördüm. Cəhənnəmin ən isti və çirkli maddəsini onun ağız və boğazına tökürdülər. Sinəsi Cəhənnəm divarına yapışdırılmış bir qadın gördüm. Cəhənnəmdə iki ayağından asılmış bir qadın gördüm. Öz bədəninin ətini yeyən bir qadın gördüm. Belə ki, ətindən od yağırdı. Əli-ayağı bağlanılmış bir qadın gördüm. Ona çoxlu ilan və əqrəb hücum etmişdi. Əl-ayağı bağlı olduğu üçün qaçıb qurtara və özünü heç cür müdafiə edə bilmirdi. Kor, kar və lal bir qadın gördüm. Onu od dolu bir tabuta qoymuşdular. Bədəninin dərisi və əti cüzam xəstəliyinə tutulmuş adamın dərisi və əti kimi tikə-tikə olaraq yerə tökülürdü. Üzü və bədəni od tutub yanan bir qadın gördüm. Onu pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edirdilər. Başı donuz başı, bədəni ulaq bədəni olan bir qadın gördüm. O, milyonlarla əzaba düçar olmuşdu. İt sifətində olan bir qadın gördüm. Od arxasından daxil olub ağzından xaric olurdu. Əzab mələkləri Cəhənnəm alətləri ilə onun başına, bədəninə vururdular».

Həzrət Zəhra (ə) ərz etdi: «Mənim məhbubum, gözümün işığı, onların bu dünyada nə etdiklərini və nə üçün bu növ əzablarla qarşılaşdıqlarını mənə söylə». Həzrət (s) buyurdu: «Başının qabağının tükü ilə Cəhənnəm divarından asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır. Dili ilə Cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır. Sinəsi Cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir. Cəhənnəmdə iki ayağından asılmış qadın ərinin icazəsi olmadan istədiyi yerə gedirmiş. Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən qeyrisi üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş. Əli-ayağı bağlanıb ilan, əqrəb hücumuna məruz qalan qadın namazı yüngül sayar, özünü nəcasət, cənabət və heyzdən paklayıb qüsl verməzdi. Kor, kar və lal qadın ərindən başqası ilə cinsi əlaqədə olub, övlad doğmuş və onu öz ərinin boynuna atmışdır. Od tutan qayçı ilə əti doğranan qadın özünü yad kişilərin ixtiyarına vermişdir. Üzü və bədəni od tutub yanan və pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edilənlər fahişəlik üçünvasitəçilik edər və qadınları kişilərin cinsi tələblərini doydurmaq üçün onlarınixtiyarına verərmişlər. Başı donuz başı, bədəni ulaq bədəni olan və milyonlarla əzaba məruz qalan qadınlar ara vurar və yalançılıqla məşğul olarmışlar. İt sifətində olan, od arxasından daxil olub ağzından xaric olan qadın eyş-işrət məclislərində müğənnilik etmiş və həsəd xəstəliyinə bulaşmışdı».

Hədisin şərhi

Başının qabağının tükü ilə Cəhənnəm divarından asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır.
Təsadüfi deyil ki, Peyğəmbər (s) ilk əzab çəkən qadının əzab səbəbinin hicabsızlıq olduğunu bildirir. Ayələrlə və hədislərlə qəti şəkildəvacib olmuş hicab əmri, İslamın bütünlükdə ideal qadın olmaq çağırışıdır. Bu ideal qadın əxlaqi keyfiyyətlərilə birlikdə, ayə və hədislərdə göstərilən çərçivədə geyinməlidir. Hətta başın qabaq hissəsinin tükü də görünsə, hicab kamil olmaz və yuxarıdakı əzaba səbəb olar. Deməli, hicab cəmiyyətin əmniyyətinin birinci qarantıdır.

Dili ilə Cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır.
Cəmiyyətin əsas aparıcı və işçi qüvvəsi kişilərdir. Şərq ölkələrində olduğu kimi, Amerika və Avropa ölkələrində də belədir. Siyasət, ticarət və s. kimi sahələrdə qadınların sayını kişilərlə bərabərləşdirmək cəhdi tarix boyu həmişə uğursuzluqla nəticələnib. Kişilər cəmiyyət həyatında daha çox üstün rola sahib olublar. Amma bu işin pərdə arxasında qadınlar durur. Yəni, qadınlar ailələrindəki kişilərlə hörmətlə davranmalı, onlardakı özlərinə inam hissini öldürməməlidirlər. Bütün bunlar isə şirin dillə mümkündür. Hətta kişinin böyük səhvləri də olsa, bunu qadın incəliyi, nəzakəti və şirin dillə həll etmək daha düzgündür. Bəs qadın dili ilə kişiyə əziyyət verərsə, nə baş verər? Əvvəla, kişi evdən əsəbi çıxar və əsəbini işdəkilərin üstünə tökər. İkincisi, öz evini idarə edə bilməyən, təhqir görən kişi, işdə özünü bacarıqsız hiss edəcək ki, bu da cəmiyyətə bir başqa zərbədir. Daha ağır nəticələr isə ailələrin dağılması və uşaqların ailə mühitindən məhrum olaraq böyüməsidir. Acı dilli olmağın ziyanlarından çox yazmaq olar. Bircə onu demək kifayətdir ki, bütün ictimai mənşəli məsələlər kimi, bu məsələ də onlarla, yüzlərlə, bəzən minlərlə insanın haqqına girməyə bais olur.

Sinəsi Cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir.
Fahişəlik və pozğunluq bütün cəmiyyətlərin bəlasıdır. Bu bəladan çıxış yolu isə normal ailələrin qurulmasındadır. Bəs normal ailədə cütlər bir-birilərinin cinsi ehtiyaclarına lazımi cavab vermirlərsə? Xüsusilə, təbiət etibarilə kişilərin cinsi tələblərinin daha mütəmadi və təxirəsalınmaz olduğunu nəzərə alsaq, onların həyat yoldaşlarının bu tələblərə cavab verməməsi təkcə ailə üçün deyil, bütün cəmiyyət üçün təhlükə mənbəyidir. Belə hallar pozğunluğun artmasına səbəb olur. Pozğunluq təkcə mənəvi-əxlaqi cəhətdən yox, həm də bir çox yoluxucu xəstəliklər mənbəyi olduğu üçün(onlardan bəzisi öldürücüdür) cəmiyyətə böyük təhlükə yaradır. Əlbəttə, bu iş ailənin dağılmasına da səbəb olabilər ki, bu da bütöv bir problemlər ordusunu bərabərində gətirər.

Cəhənnəmdə iki ayağından asılmış qadın ərinin icazəsi olmadan istədiyi yerə gedirmiş.
Bütün müəssisələrdə olduğu kimi, ailə müəssisəsində də bir başçı, bir müdir ola bilər. Bu, hər hansı bir işin müvəffəqiyyətlə nəticələnməsinin yeganə yoludur. Təsəvvür edin ki, bir dövlətin iki prezidenti var. Nəinki dövlət, hətta kiçik bir sex də iki müdirli olsa, tezliklə məhv olar. Ailə də kiçik bir dövlətdir. İlahi göstərişlər bizə ailə başçısı kimi kişini məsləhət görür və qadının harasa gedərkən həyat yoldaşından icazə almasını vacib sayır. İnsan ağlı və təcrübəsindən qaynaqlanan dünyəvi psixoloji nəzəriyyələr də kişinin əsl başçı, məsuliyyət sahibi olduğu ailələrin daha normal münasibətlərə sahib olduğunu təsdiq edir. Əks təqdirdə, yəni, qadının başçı olduğu, kişinin isə hökm vermək ixtiyarından məhrum olduğu ailələr dağılmasa da, psixoji cəhətdən problemli övladlar yetişdirirlər və bunun ziyanı da yenə cəmiyyətə qayıdır.

Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən qeyrisi üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş.
Burada söhbət pozğunluqdan getməsə də, bu pis işə rəvac verən əməldən gedir. Ərindən başqası üçün bəzənən qadın nə qədər namuslu olsa da, başqalarını təhrik etmiş olur. Gənclər arasında aparılan sorğu da onu göstərir ki, onları pozğunluq yuvalarına aparan və ya onanizm və s. kimi pis vərdişlərə qurşanmağa vadar edən qüvvə küçədə-bacada gördükləri bəzəkli qadinlardır. Cəmiyyət içərisində cəzbedici geyimlərdən istifadə edib bəzənən qadının neçə-neçə yuva yıxdığının, neçə nəfəri günaha sürüklədiyinin hesabını yalnız Allah bilir. Nəticədə, belə qadın həm özü Allahın qəzəbinə düçar olub Cəhənnəm əzabına məruz qalır, həm də bir çox insanı özü ilə birlikdə Cəhənnəmə yuvarladır.


more post like this