Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.
Mənəviyyat insnaın daxili aləmindən bəhs edir.

İnşallah, vaxt olsa gələcəkdə Səccadiyyə kitabından bəzi parçaları qeyd edərik.

 

Sual:
(5 Assalamu aleykum insallah insan hansisa isle mesqul olmaq isteyirse meselen ruzi qazanmaq is qurmaq o ise gore istixare etmelidir? yoxsa Allaha tevekkul? bunlarin arasinda olan ferqide diyerdiz. islamin her-halda qorxaqliqa cekinmeke nece baxir meselen merdimazardan gozden nezerden v.s Allah razi olsuna
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.
1.İstixarə -xeyir tələb etmək mənasını verir. İş görmək, hansısa işin qulpundan yapışmaq xeyir bir əməldir və bəzən hətta vacibdir. Ona görə də şəriət qaydalarına uyğun olan bir işi görüb-görməmək üçün istixarə etmək mənasızdır.
2. Qorxmaq nisbi anlayışdır. Bəzən yaxşı və bəzən də pis ola bilər. Məsələn, insan namusunu, vətənini, dinini qorumaqdan qorxmamalıdır. Amma şeytanın şərrindən qorxub Allaha pənah aparmaq və ya aqibətin pis sonuclanamsına görə qorxub özünü islah etmək yaxşı haldır.

haqyolu.com


more post like this