797. Bir-biri ilə mehriban olmaq

Quran

«Məhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərlə amansız və bir-biri ilə mehribandır.»[1]

«Bundan əlavə, iman gətirənlərdən və bir-birinə səbri və mehribanlığı tövsiyə edənlərdən olmaqdır. Bunlardır xoşbəxtlər (əməl namələri sağ əllərinə verilənlər).»[2]

Hədis

2521. Allahın Peyğəmbəri (s):«Rəhman Allah qəlbi rəhimli insanlara rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada olan da sizə rəhm etsin.»[3]

2522. Allahın Peyğəmbəri (s):«Nida verən Cəhənnəmdə fəryad qoparar:«Ey mehriban! Ey bağışlayan! Məni oddan xilas et. Sonra Allah-taala onu oddan çıxarmağı bir mələyə əmr verər və o, Allahın qarşısında dayanar. Allah-taala ona buyurar:«Sən bir sərçəyə rəhm etmisənmi?»[4]

2523. İmam Əli (ə):«Rəhm et ki, sənə rəhm etsinlər.»[5]

2524. İmam Əli (ə):«Heyrətlənirəm o kəsə ki, özündən yuxarıdakının rəhminə və mehribanlığına ümidvar olur, amma necə də özündən aşağıda olanlara rəhm etmir.»[6]

 

798. Mehribanlığa və rəhmə layiq olanlar

2525. Allahın Peyğəmbəri (s):«Xar olmuş adlı-sanlıya, yoxsullaşmış varlıya, cahillər zamanında korlanmış alimə mehribanlıq gösltərin.»[7]

2526. Allahın Peyğəmbəri (s):«Yoxsullarla mehriban ol.»[8]

2527. İmam Əli (ə):«Öz ailənin uşaqlarına mehriban ol və ailənin böyüklərinə ehtiram göstər.»[9]

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Fəth, ayə 29

[2] Bələd, ayə17, 18

[3] Kənzul-Ummal,hədis 5969

[4] Kənzul-Ummal,hədis 5992

[5] Əmali-Səduq, səh.174 , hədis9

[6] Ğurərul-Hikəm,hədis 6255

[7] Biharul-Ənvar, c.74,səh. 405 , hədis 2

[8] Kənzul-Ummal,hədis 5983

[9] Əmali-Mufid,səh. 222 , hədis 1


more post like this