İmam Baqir (ə): «Həzrət Əli (ə) məscidlərdəki mehrabları müşahidə etdikdə‚ onları yerlə-yeksan edirdi. O‚ buyurur: «Bu mehrablar yəhudilərin qurban kəsdikləri yerə oxşayır.»

MƏSCIDLƏRI BƏZƏMƏK

51. Qüdsi-hədisdə Allah-Təala Şəəya (ə) peyğəmbərə belə vəhy etdi: «Mənim üçün evləri (məscidləri) dəbdəbəli şəkildə bina edirlər və məscidləri (həddindən artıq‚ gərəksiz yerə təmtəraqlı formada) bəzəyirlər. Yaşamadığım evlərin dəbdəbəli şəkildə tikilməsinə nə ehtiyacım var?! Daxil olmayacağım məscidlərin təmtəraqlı formada bəzədilməsinə mənim nə ehtiyacım var? Mən onların möhtəşəm şəkildə tikilməsini yalnız ona görə əmr etmişəm ki‚ orada məni yad etsinlər‚ şənimə həmd oxusunlar. Amma insanlar bu məkanlarda vücudlarını‚ ağıllarını və qəlblərini korlayıb‚ viran edirlər!»

Həzrət Məhəmməd (s) buyurmuşdur:

52. (Qiyamət gününün nişanələrini buyurarkən) Ey Süleyman! O zaman məscidlər kilsələr və sinanoqlar kimi bəzədiləcəkdir.

53. Dünyanın axırı gəlib çatdıqda‚ ümmətimin arasında məscidlərini zinətli və təmtəraqlı tikən‚ amma qəlblərini xarabalığa çevirmiş şəxslər peyda olacaqlar. Onların heç biri, hətta köynəyinə əhəmiyyət verdiyi qədər belə‚ dininə əhəmiyyət verməyəcəkdir. Belə ki‚ onlar yalnız dünyəvi mənfəətləri təhlükə altına düşməyənədək‚ dinin kənarında olarlar.

54. Hər bir xalqın əməlləri‚ məscidlərin yalnız zahiri görünüşünü abadlaşdırdığı‚ (amma ilahi əmrlərinə məhəl qoymadığı) zaman dəyərsiz olar.

55. Quranların gözəl cildli (nəfis şəkildə çap) olduğu‚ məscidlərin (hədsiz dərəcədə) zinətləndirildiyi‚ minarələrin (möhtəşəm formada) ucaldıldığı‚ Quranın musiqi ilə oxunduğu‚ məscidlərin (yalnız) keçid yerinə çevrildiyi zaman‚ mömin‚ qırmızı kükürtdən də əlçatmaz olar. Bəli‚ insanların tikdiyi məscidlər çox bəzəkli‚ üst-başları təmiz‚ lakin qəlbləri isə ölmüş heyvandan daha iyrənc şəkildə qoxuyar.

56. İmam Əli (ə): «Bil ki‚ insanlar (ilahi əmrlərinə baş əyməyib) yalnız məscidlərin zahiri görünüşünü abadlaşdırdıqları zaman əməlləri korlanmış‚ yararsız olmuşdur.

 

 

 

Məscid kitabından….

 

 

 

 


more post like this