بسم الله الرحمن الرحيم
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ فَوَيْلٌ لِّلْمُصَلِّينَ
الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ الَّذِينَ هُمْ يُرَاؤُونَ وَيَمْنَعُونَ الْمَاعُونَ

“Maun” surəsinin kəlmələri

أَ- Aya (sual sözü) – mi4 (sual şəkilçisi)
رَأَيْتَ- gördün
الَّذِي – o kəslər ki,
يُكَذِّبُ – yalan nisbət verirlər, – inkar edirlər
بِ- nı4 (şəkilçi)
دِّينِ- din – həqq din
بالدِّينِ – dini
فَ- sonra (bağlayıcı)
ذَلِكَ- o, (işarə)
يَدُعُّ – tərk edir – zülm edir – özündən üzaqlaşdırır
الْيَتِيمَ – atasız – başsız
لَا يَحُضُّ – vadar etmir – təşviq etmir
عَلَى – na2 (şəkilçi)
طَعَامِ – yemək – xörək
الْمِسْكِينِ – miskin – ac – binəva – çarəsiz
فَ- sonra (bağlayıcı)
وَيْلٌ- vay – pislik – həlakət – cəhənnəmdə quyu adıdır
مُصَلِّينَ – namaz qılanlar
الَّذِينَ – onlar ki, – o cür insanlar ki,
هُمْ – onlar (kişi cinsi)
عَن- dan2
صَلَات- dua – namaz
سَاهُونَ – qafillər – səhv edənlər – yaddan çıxaranlar – süstlük edənlər
يُرَاؤُونَ – riya edənlər – özlərini göstərənlər
يَمْنَعُونَ- mane olanlar
مَاعُونَ- zəkat – məişətdə zəruri olan – mal – sərvət

Hərfi tərcümə

“Qiyamət gününü daim inkar edən kəsləri gördünmü? o, yetimi kobudluqla qovan adamdır, başqalarını yetimlərə yemək verməyə təşviq etmir, vay olsun o, namaz qılanlara ki, namazda səhlənkarlıq edirlər (yaddan çıxardırlar – yüngül sayırlar), onlar ki, riya edirlər, başqalarını da həyatda zəruri olan şeylərdən məhrum edirlər”.

“Maun” surəsinin təfsiri

Bu surə əvvəldə Peyğəmbər(s)-i müxatəb tutaraq qiyaməti inkar edənlərin barəsində danışır:
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ
“Qiyamət gününü inkar edənləri gördünmü?”
“Din” bu ayədə “cəza” günü mənasındadır insanlar o günü inkar etsə həyatda çoxlu piskiklərə düçar olar. Bu sualın ardınca gözləmədən davam edir:
فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ
“Bu həmin adamdır ki, yetimləri kobudluqla öz yanlarından qovurlar”.
Kafirlərin pis əlamətlərindən biri də, onlarda mərhəmətin, rəhmin olmamasıdır. Görürsən onlar hətta öz siniflərindən olan yetim insanlara belə məhəbbət etmirlər, onları qovub kənarlasdırırlar. Hətta onlarda insani keyfiyyət belə yoxdur ki, bir insan kimi çarəsizlərə kömək etsinlər.
Əlbəttə qiyamət gününü inkar edən adamlar belə də olmalıdırlar. Qiyamətə inanmağın insan həyatında çoxlu müsbət təsirləri vardır. Bu inanc insanın dünya həyatındakı çox əməllərini islah edir. Amma axirətə inanc olmayanda mənfi təsirlər özünü göstərir. Nəticədə insan vəhşiləşir, ürəyi daşa çevrilir və bütün insani keyfiyyətləri itirir.
Və kafirlərin ikinci nişanəsi olan:
وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ
“Оnlar aclara yemək verməyə başqalarını təşviq etməzlər”. Özlərinin bu işi etməməkləri bir yana başqalarınında bu əməlləri etməsinə mane olurlar.
فَوَيْلٌ لِّلْمُصَلِّينَ
“Vay olsun namaz qılanlara”. Vay olsun bu müsəlmanlara ki, onlar namaz qılırlar, amma kafir sifətindədirlər. Bunlar yuxarıda deyilən kafirlərdən də pisdirlər. Çünki bunların pis əməlləri hamısı islamın adına yazılır. Bütün namaz qılanların adına ləkə olur.
Sonra bütün namaz qılanların sifətlərini sayır.
الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ
“onlar ki, namazı yaddan çıxarırlar, səhlənkarlıq edirlər, onu yüngül sayırlar”.
Bu cür namaz qılanlar namaza çox əhəmiyyət vermirlər – namazı yarımçıq əmələ gətirirlər. Bəzən də onu unudurlar. Başqa cəhətdən baxanda namazın fəlsəfəsindən, mənəvi təsirindən xəbərdar deyillər. Namaz onların ruhunda heç-cürə yaxsı təsir qoymur. Onları kamilliyə tərəf aparmır. Çünki onlar namazı xuşu və xuzu ilə qılmırlar.
Doqquzuncu mərhələdə Allah-Təala onların ən pis əməllərindən birinə işarə edərək buyurur:
الَّذِينَ هُمْ يُرَاؤُونَ
“onlar həmişə riya edirlər”.
Axırda onlara hətta məişət həyatında lazım olan kiçik əşlaların da belə verilməsinin qarşısını aldıqlarını elan edərək buyurur:
وَيَمْنَعُونَ الْمَاعُونَ
“onlar başqalarını həyatın zəruri olan ləvazımatından belə məhrum edirlər”. Və yaxud onlara Allah tərəfindən vacib olan zəkatı ödəməkdən boyun qaçırırlar. Zəkat içtimai inkişafa aparan bir əmrdir. Acların, yoxsulların, çarəsizlərin əlindən tutub qaldırmaq üçün vacib olub. Onlar zəkatı verməməklə cəmiyyətin fəqərəsinə böyük zərbə vurub onu laxladırlar.

“Maun” surəsinin hədəfi

Bu surə iki tayfanın bərəsində nazil olub.
1 Kafirlər.
2 Kafir sifət müsəlmanlar.
Bu surənin hədəfi də elə budur ki, bunların pis sifətlərini bəyan edərək insanlara tanıtdırsın ki, insanlar onlardan və onların pis əməllərindən uzaq olsunlar.
Bildirir ki, bu sifətlər hər kəsdə olsa imansızlıq əlamətidir.

“Maun” surəsinin xüsusiyyətləri

1. İmam Baqir(ə) buyurur: “Hər kəs bu surəni vacib və müstəhəb namazlarında oxusa, Allah-Təala onun namaz və orucunu qəbul edər və günahlarını bağışlayar”.
2. Bu surənin nazil olma səbəbini də yazırlar; “Əbu Sufyan” hər gün iki böyük dəvə kəsərdi, özü və ətrafı ondan yeyərdi. Bir gün bir yetim gəlib ondan ət istəyəndə onu əsa ilə vurub qovdu. Bu vaxt bu ayə nazil oldu.
3. Bu surə “təkzibuddin” də deyirlər. Çünki surədə onlardan danışılır.
4. “Ərəytə” (آرأيت) və “Maun” (ماءون) adı ilə də tanınır. Çünki, bu kəlmələr bu surədə işlənibdir.
5. “Maun” surəsi Məkkədə nazil olubdur.

Ceferlier.com


more post like this