Sual: 68. Mən bir il öncə ehtiyacım olduğu minik maşını almışdım. Sonradan onu satıb puluna yeni model maşın almışam. Yeni maşına verdiyim pulun qalan hissəsini də ilin gəlirindən ödəmişəm. Xüms verməliyəmmi?

Cavab: İmam (r): Satdığınız birinci maşının pulunun xümsü dərhal verilməlidir. Əgər maşını yeni maşınla əvəz etsəniz, xümsü yoxdur.

(İmamdan (r) başqa) Bütün müctəhidlərin rəyi: Əgər yeni avtomobilə ehtiyacınız varsa və şəninizə uyğun olarsa, xümsü yoxdur.

Qeyd 1. Məsələ o hala aiddir ki, xüms ili tamamlanmamış satılmış maşının pulu ilə yeni maşın alsın. Əgər bu pul xüms ilinin sonunadək qalarsa, evin satış pulu Sualının hökmündə olacaq.

Qeyd 2. Bəzi mərcelər maşın sözünü işlətməsələr də, maşınla başqa ehtiyac olan vasitələr arasında bu cəhətdən fərq yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this