1062. Məşvərət etməyə həvəsləndirmək

Quran

«Öz Rəbblərinin çağırışına cavab verib namaz qılanlar və işləri öz aralarında bir-birilə məsləhətləşmək olanlar onlara verdiyimiz ruzidən bəxşiş edərlər»[1]

Hədis

3397. İmam Əli (ə): «Məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rə’yi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır.»[2]

3398. İmam Əli (ə):«Məşvərət kimi (möhkəm) dayaq yoxdur.»[3]

3399. İmam Əli (ə):«Məşvərət etmək tövsiyə və təşviq olunmuşdur, Çünki məsləhət verənin rə’yi (şəxsi qərəzlərdən) pak, məşvərət edənin nəzəri (şəxsi gərəzlər və mənfi istəklərlə) qarışmışdır.»[4]

3400.Allahın Peyğəmbəri (s):«Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simiclə məşvərət etmə ki, səni məqsədindən çəkindirər. Həris adamla məşvərət etmə ki, hərisliyi sənin nəzərində gözəl göstərər.»[5]

3401.İmam Əli (ə):«Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə yaxın və yaxını uzaq göstərəcək.»[6]

 

1064. Məşvərətə layiq olanlar

3402.İmam Sadiq (ə):«Məşvərət onun dörd həddindən qeyri bir halda baş tutmaz:  birinci hədd budur ki, məşvərət etdiyin ağıllı olsun, ikincisi azad və dindar olsun, üçüncüsü dost və qardaşcanlı olsun. Dördüncü isə budur ki, öz şirrini ona deyəsən, o da özün bildiyin qədər həmin sirdən agah olsun və onu gizlətsin, heç kəsə deməsin.»[7]

 

1065. Məsləhə edənə bir yol göstərməyə həvəsləndirmək

3403. İmam Səccad (ə):«Məsləhət edənin haqqı budur ki, yol göstərməkçün bir fikrin varsa ona yol göstərəsən və bir məlumat olmasa da, bu sahədə məlumatı olanın yanına göndərəsən.»[8]

3404.İmam Sadiq (ə):«Kim öz (din) qardaşı ilə məsləhətləşəndə həmin adam ona xalis niyyətlə yol göstərməsə, Allah onun düşüncəsini əlindən alar.»[9]

 

1066. Hökumət işində məşvərət etmək

3405. İmam Əli (ə) (Müaviyəyə yazdığı məktubundan): «Məşvərət, yalnız mühacir və ənsarların haqqıdır. Onlar bir şəxs barədə razılığa gəlib onu rəhbər adlandırarlarsa, Allahın razılığı da elə bundadır.»[10]

3406.İmam Əli (ə):«Haqq sözü danışmaqdan, ya ədalətli yol göstərməkdən çəkinməyin. Çünki ixtiyar sahibi olan böyük Allah məni hifz edib qorumasa, xəta və səhvdən amanda qalmaram.»[11]

3407.İmam Həsənin (ə) sülh anlaşmasında Müaviyə üçün qoyduğu şərtlərdən biri budur: «Müaviyə ibn əbi Süfyanın özündən sonra bir kəsi xəlifə təyin etmək haqqı yoxdur. Belə ki, ondan sonra xəlifəlik məsələsi müsəlmanların şurasına tapşırılacaqdır.»[12]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 

 

 

 



[1] Şura, ayə 38

[2] Nəhcül-Bəlağə, hikmət 211

[3] Nəhcül-Bəlağə, hikmət 54

[4] Ğurərul-Hikəm,hədis 3908

[5] İləluş-Şəraye,səh. 559, hədis1

[6] Ğurərul-Hikəm,hədis 10351

[7] Məkarimul-Əxlaq c.2, səh.98 , hədis2280

[8] əl-Xisal,səh. 590, hədis1

[9] əl-Məhasin, c.2, səh 438, hədis2521

[10] Nəhcül-Bəlağə, məktub 6

[11] Nəhcül-Bəlağə, hikmət 216

[12] Biharul-Ənvar, c.44, səh. 65, hədis13


more post like this