Cavab: Quran göndərilmiş ilahi kitabdır. İnsan Quran oxuyarkən elə bil Allah- Taala ilə söhbət edir. Bu səbəbdən də Quran oxuyarkən onun mənasına diqqət yetirmək lazımdır. Necə ki, Quran özü insanları təfəkkürə və zəkalı olmağa dəvət edir.
Amma gərək buna da diqqət yetirək ki, Quranın bütün ayələri bir mənalı olaraq asan başa düşülmür. Əksinə, elə ayələr vardır ki, onların başa düşülməsi addi insanlar üçün olduqca çətindir. Amma bununla yanaşı Quranın ümumi insanların başa düşəcək qədər ayələri olduqca çoxdur. Qurani kərimdə Allah Taala buyurmuşdur: (ya Peyğəmbər) sənə (kitabın) bir hissəsi Quranın əslini, (əsasını) təşkil edən möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan), dəqiq mənası bilinməyən ayələrdir. Onların yozumunu (təfsirini) Allahdan və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz. bunları ancaq ağıllı adamlar dərk edər.
İmam Baqir (ə) buyurmuşdur: Peyğəmbər (s) ən böyük elm sahibi idi. Allah Taalanın ona nazil etdiklərinin hamısını dəqiqliyi ilə anlayırdı. Elə bir şey yox idi ki, Allah Taala ona nazil etsin və onun açıqlamasını bəyan etməsin. Peyğəmbər və onun vəsiləri (İmamlar) hər bir şeydən xəbərdardırlar.
Deməli Peyğəmbərin (s) və İmamların (ə) dövründə yaşayan insanlar Quranı öz elmləri çərçivəsində anlayıb başa düşə biliblər. onların zəka və dərrakələri Peyğəmbər və İmamlardan aşağı olduğundan müəyyən bir çərçivədə Qurandan bəhrələniblər. Amma Quanı dəqiq anlamaq üçün Peyğəmbərə (s) və onun vəsilərinə (İmamlara) maraciət etmək lazımdır. Əgər belə etsək Quranın batinindən və zahirindən xəbərdar olmuş olarıq .
________________________________________


more post like this