İbrahim(ə) məqamı

“Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə. Əlbəttə, Allah aləmlərə möhtac deyildir!”  (Ali-İmran:97)

Məscidül-hərəmdə Kəbə evinin qapısı qarşısında qızıl bir zərih şəkilini görməmiş olmazsız. Bir çoxu bunun nə olduğunu soruşurlar. Həmin zərihin içində Hz. İbrahimin(ə) ayaq izlərinin həkk olduğu daş var. Bu yerə İbarhim məqamı deyilir. Hacılar imkan daxilində təvafı Kəbə ilə İbrahim Məqamı arasında etməli, təvaf namazını isə İbrahim məqamının arxasında qılmalıdır. Bu yerin ehtiramı nə ilə bağlıdır və bu ilahi nişanə bizə nələri xatırladır?

Məqam sözünün lüğəti mənası “insanın durduğu yer”dir. İbrahim məqamı dedikdə, İbrahim(ə) peyğəmbərin durduğu yer nəzərdə tutulur. İbrahim məqamı barədə müxtlif fikirlər söylənilir. Onlardan bəzilərinə əsasən, Hz.İbrahim(ə) Nuhun tufanından sonra dağılmış Kəbə evini təmir etmək üçün bir daşın üzərinə çıxırdı və onun ayaq izləri həmin daş üzərində həkk olundu. Digər rəvaytə görə, Hz.İbrahim(ə) həmin daş üzərinə çıxıb azan verib. Ərəblərin bir qismi bütpərəst olmaqla yanaşı digər qismi Hz.İbrahimin(ə) dininə mənsub idilər. Tarixçilərin yazdığına görə, Hz.Muhəmmədin(ə) əcdadları məhz bu dinə sitayiş edirdilər. Ona görə də həmin daşın əzrlər boyu qorunub sxlanılması təəccüblü deyil.

Lakin İbrahim məqamı İbrahimdən(ə) qalan adi bir nişan deyil. Bu, Allahdan gələn imtahanlar qarşısında rəşadətin rəmzidir. İnsan üzərinə düşən məsuliyyətin ağırlığından heç zaman şikayətlənməməli, çətinliklərdən qorxub məyus olmamalı və nəyin bahasına olursa olsun Haqq yolunda mübarizə aparmalıdır. İnsan həm fərdi həm ictimai məsələlərdə möhkəm olmalıdır. Hətta ayağımızn altındakı daş bu mənəvi məsuliyyətin ağırlığına tab gətirməsə belə, biz sarsılmamalıyıq, İbrahim(ə) tək Allaha sığınıb rəşadət nümayiş etdirməliyik.

Digər cəhətdən də, İbrahim məqamı arxasında namaz qılmağın da bir hikməti var. İnsan  ilahi əmrlərə və həmin əmrləri çatdıran ilahi hüccətlərə sədaqətini göstərir. Allahla irtibat olan təvaf namazı vaxtı hacılar özləri ilə Allah Evi Kəbə arasında ilahi peyğəmbərin ayaq izini vasitə qərar verir. Yəni, ilahi vilayətə, ilahi höccətlərə bağlılığını sərgiləyir. Bununla da Allah bütün səmavi dinlərin bir qaynaqdan olduğunu, Haqqın göstərişlərinin bir qaynaqdan gəldiyini və hamının o qaynağa bağlanmalı olduğunu bizlərə başa salır.

“Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!”… (Bəqərə-125)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

ahlibeyt.az


more post like this