946. Hər məstedici haramdır

3048. Allahın Peyğəmbəri (s):«Hər bir məstedici haramdır.»[1]

3049. İmam Baqir (ə):«Çoxu məstlik gətirən hər şeyin azı da haramdır.»[2]

 

947. Məstedicilərin növləri

3050. Allahın Peyğəmbəri (s):«Ey Məsudun oğlu! Günahın məstliyindən çəkin. Çünki günahın məstliyi şərabın məstliyi kimi, əslində ondan da şiddətlidir. Allah-taala buyurur:«Kar, lal və kordurlar. Buna görə, onlar qayıtmayacaqlar[3][4]

3051. İmam Əli (ə):«Məstlik dörd növdür:  şərabın məstliyi, var-dövlətin məstliyi, yuxunun məstliyi və hakimiyyətin məstliyi.»[5]

3052. İmam Əli (ə):«Aqil insan var-dövlətin, qüdrətin tərifin, və gəncliyin məstliyindən çəkinməyə layiqdir. Çünki bu məstliklərin hər birinin əqli zəiflədən və vüqarı aparan çirkin küləkləri var.»[6]

3053. İmam Əli (ə):«Qəflət və qürurun məstliyi başdan, şərabın məstliyindən geç çəkilib gedər.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] əl-Kafi, c.6, səh.409 , hədis 9

[2]Biharul-Ənvar,c.79, səh.131 , hədis 20

[3] Bəqərə, ayə18

[4] Məkarimul-Əxlaq, c.2, səh.352 , hədis 266

[5] Biharul-Ənvar,c.10, səh.114 , hədis 1

[6] Ğurərul-Hikəm,hədis 10948

[7] Ğurərul-Hikəm,hədis 5651


more post like this