Cavab: Hər hansı bir məsələnin izahı üçün məsəl çəkməyin faydası inkar edilə bilməz. İnsanlar müxtəlif səviyyəli istedada malik olduqlarından dinlədikləri mövzunu anlamaya da bilərlər. Məsəl çəkildiyi zaman iti ağıla malik olmayanlar üçün də qaranlıq nöqtələr işıqlanır.
Qurani-kərim bütün bəşəriyyətə ünvanlandığından onun müxtəlif surələrində kifayət qədər misallar çəkilir.
Həzrət İsanın (ə) bakirə qadından doğulmasına inanmayanlara Qurani-kərim belə bir misal çəkir: «Allah yanında İsa da Adəm kimidir»[4129]. Allah-təala İsanın atasız doğulmasına şəkk edənlərə həm ata, həm də anasız yaradılmış Adəmi xatırladır.
Bəs Qurani-kərimdə müxtəlfi mövzuların izahı üçün çəkilmiş məsələlərin konkret hansı faydaları vardır?
1. Adətən, hiss üzvləri ilə inanan insan bəzi mürəkkəb əqli məsələləri anlamaqda çətinlik çəkir. Çəkilmiş məsəl onun düşüncəsinin mümkün qədər əqli həqiqətlərə yaxınlaşdırır. Bir növ hisslər ən uca nöqtədən baxmağa başlayır.
2. Çəkilmiş misallar bir məsələnin sübutu üçün gətirilmiş dəlillərin təsirini gücləndirir.
3. Məsəl çəkmək bir növ elmi dilin sadələşdirilməsidir.
4. Məsəl mövzunu əql dilindən hiss dilinə tərcümə edir.
5. Mövzu məsəl qəlibinə töküldükdən sonra höcət insanların bəhanəsi kəsilir.
[4129] «Ali-imran» surəsi, 59.

NUR-AZ.COM


more post like this