Cavab: Kərbəla səhnəsinin iki üzü vardır:
1). Nurani, aydın və iftixarlı səhnə.
2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır.
Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq:
Birinci baxışda olan mərsiyə deyənlərə “zəban hal” deyərlər. Yəni bunlar hadisənin əsil mətləblərini məcazi mənada, məzmunu itirmədən və dəyişmədən çatdırırlar. Bəzən bəzi təmsillərə də yol verərək Kərbəla yanqısını daha da alovlandırırlar. Belə artırmalar hadisənin əslinə xələl gətirməzsə heç bir iradı yoxdur.
İkinci baxışda isə yalançı mərsiyəxanlar dayanır. Belə mərsiyə oxuyanların sözlərinin heç bir tarixi əsası yoxdur və eyni zamanda da iradı vardır. Gərək belə insanların qarşısı alınsın.


more post like this