Atanın öz övladına verə biləcəyi məlumat çoxdur. Övlad həyati dəyərlər haqqında zəruri bilikləri atadan alır. Atanın ana ilə rəftarını müşahidə edən övlad ərlik vəzifələrini öyrənir. Atanın başqa övladları ilə ünsiyyəti çox şeyi öyrədir. Əgər ailədə uşağın saxlanılmasında atanın rolu böyükdürsə, uşaq atadan bacı-qardaşlarına qulluq etməyi öyrənir. Uşaq daim sizin ona olan münasibətinizi araşdırır. Oğlan uşağı necə ata olmağı öyrənirsə, qız uşağı kişilərin necə varlıq olması ilə tanış olur. Atanın ana ilə münasibətləri qız övladın qadınlıq şəxsiyyətini formalaşdırır.
Övlad atanın hətta mahiyyəti qaranlıq olan xüsusiyyətlərindən də təsirlənir. Bəziləri öz ataları ilə az əlaqədə olduqlarından bu məsələyə daha çox diqqət yetirərək, öz övladlarına qarşı çox diqqətli olur və onlara kifayət qədər vaxt ayırırlar


more post like this