2) Bu hədis Quranla ziddiyyət təşkil edir: “O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər”. (əl-Bəqərə.3). Bu barədə sizin fikilərinizi bilmək istəyirəm. Cavab: Burada ibadət daha ümumi mənada işlənmişdir. İslam dinində hər bir xeyir əməl əgər saf niyyətlə icra edilərsə, ibadət sayilır. Amma bu o demək deyildir ki, biz hansısa xeyir əməli həyata keçirdiyimiz halda , vacib əməlimizi tərk etməliyik. İslam dinində namaz dinin sütunu sayılır, amma bir nəfər halal ticarətlə məşgul olursa, işi ibadət sayilır, amma bu o deməkdir ki, vacib əməllərini tərk etməlidir? Vacib əməllər, xüsusilə namaz heç bir halda tərk olmayan dini əməldir. Elmi vacib əməllə deyil, müstəhəb əməllə müqayisə etmək olar. Məslən, bir bucaqda oturub müstəhəb ibadətlə gün keçirənlə insanalra elm oyrədən şəxs arasında çox böyük fərq var. Aydındır ki, fərdi deyil, daha çox ümumi işlər görmək, insanları maarifləndirmək daha çox fəzilətə malikdir. Həm də elm ibadətin ayırılmaz hissəsidir. Elmlə ibadət edən və ya namaz qılan şəxsin ibadəti elmsiz, kor-təbii ibadət edən şəxsin ibadətindən dəfələrlə üstündür. Birincisi ibadətindən mənəvi zovq alır, Allahla qurduğu ünsiyyət nəticəsində günü gündən yüksəlir, ruhu böyüyür, ikincisi isə adət halını almış əməldən başqa bir iş görmür.


more post like this