Cavab verməmişdən öncə, yuxunun mahiyyəti və onun növlərinə qısaca işarə etməyimiz lazımdır.
Alimlərin yuxunun həqiqətinin nə olması barəsində geniş və uzun mübahisələr ediblər. Onların bəzisi onu beyindən bədənin digər üzvlərinə qanın əsas hissəsinin getməsinin nəticəsi biliblər və onun üçün fiziki səbəbin olması fikrindədirlər.
Digər alimlər bu fikirdədirlər ki, çoxlu cismani fəaliyyətlər, bədəndə xüsusi zəhərli madələrin yığışmasına səbəb olur. bu da əsəb sisteminə təsir qoyur və insanda yuxu halı yaranır. Bu hal həmin zəhərlərin bədəndə paylanması və bədənə cəzb olmasına kimi davam edir. Beləliklə onun üçün, “kimyəvi səbəbin” olması fikirindədirlər.
Digər bir dəstə isə, yuxu üçün bir növ “əsəb səbəbi” olmasını deyirlər. Onların fikrincə, insanın beyninin daxilində olan və bədən üzvlərinin davamlı hərəkətinin başlanğıcı olan xüsusi əsəbi fəal sistem, çoxlu yorğunluq nəticəsində işdən düşür və sönür.
Baxmayaraq ki bu səbəblərin təsirini qısa formada inkar etmək olmaz, Amma bu nəzəriyyələrin heç biri yuxu məsələsinə qane edici cavab verə bilməmişdir.
Hazırkı alimlərin yuxu məsələsi barəsində aydın bəyan və təfsirdən aciz edən şey, onların maddi təfəkkürüdür. Onlar ruhun müstəqillik və əsilliyi qəbul etmədən, bu məsələni təfsir etmək istəyirlər. Halbu ki, yuxu cismani varlıq olmazdan qabaq, ruhani bir varlıqdır ki, ruhu düzgün yanımadan, onu təfsir etmək qeyri mümkündür.
Qurani- məcid yuxu məsələsi üçün ən dəqiq təfsiri açıqlayıb. Çünki deyir: Ruh bir növ ruhun alınması və ruhun cismdən ayrılmasıdır. Amma bu tam ayrılma deyil.
Beləliklə, o zamanki Allahın əmri ilə ruhun işığı bədəndən gedib və yalnız onun zəif şüası bədənə saçan zaman, idrak və şüur sistemi işdən dayanır və insan his və hərəkətdən dayanır. Baxmayaraq ki, qəlbin vurması, qanun hərəkəti, tənəffüs və yemək sistemləri kimi, onun həyatının davam tapması üçün zəruri olan fəaliyyətlərin bir hissəsi davam edir.
Deməli, yuxuda insanın fəaliyyətlərinin hamısı deyil, əksinə insanın beyin fəaliyyətlərinin bir hissəsinin dayanması baş verir. Ona görə də rəvayətlərdə yuxuya ölümün qardaşı deyilir.
İmam Əli (ə) hədislərin birində buyurur: “Yuxu dərd və kədərdən rahat olmağa səbəb və ölümlə eyni cinsdəndir”.
Yuxuların neçə növü var və ümumiyyətlə onları üç elmi qismə bölmək olar:
a). Açıq yuxular ki, yozmağa ehtiyaclı deyillər.
b). Çətinliyə görə yozumu olmayan qarmaqarışıq yuxular.
c). Hekayə və təmsil ilə nəfsin təsir etdiyi yuxular. Bu qisimdən olan yuxular, yozulur.
Bu müqəddiməni qeyd edəndən sonra, deməliyik ki, insanın yuxuda misal əql aləmində seyr etməklə, bu əzizlərin xidmətinə çatmaları mümkündür. Yəni insan yuxuya gedəndən sonra, onların cinsindən olan misal və əql aləmini 25dərk edə bilər. nəticədə o aləmlərin həqətlərindən bəzisini, istedadı və mümkün olan qədər müşahidə edir. Ona görə də, ustad Mütəhhəri kimi böyük şəxslərin bu böyük şərəfə yetişmələrinioxumağımız, təəccüblü deyil.
Amma;
bir: İnsanların hamısı yuxuya aid işlərdə, öz istədikləri şeyi yuxuda görə bilməklə tam ixtiyarlı deyillər.
İki: baxmayaraq ki, yuxuda Peyğəmbər (s)- i görmək üçün, göstərişlər məfatihul cinanda qeyd olunub və bunun özünün təsirləri ola bilər, amma Peyğəmbər (s)- i yuxuda görmək üçün tam səbəb deyil ki, hər kəs ona əməl etsə, Peyğəmbər (s)- i yuxuda görməlidir. Çünki, bu mühüm işin, günahları tərk etmək, vacibləri yerinə yetirmək və daxili saflıq kimi digər şərtlərə də ehtiyacı var. Bütün şərtlər cəm olandan sonra, Peyğəmbər (s)- i yuxuda görmək mümkün olur. yəni pak və sağlam ruhlu insanlar, öz istədikləri məqsədə yetişə bilərlər.
Bəli, əgər siz bu əməlləri yerinə yetirib və məqsədinizə çatmasanız, Allah sizə digər bir savab verəcək. Çünki, həm Peyğəmbər (s)- i görmək , həm də daha çox müstəhəbbi zikrlər olan o əməlləri yerinə yetirmək arzusu varınızdır ki, Allahın yanında savabı var.
Son sözümüz budur ki, Peyğəmbər (s)- i yuxuda görmək bu zikr və əməlləri yerinə yetirməklə deyil. İlahi övliyalara təvəssül etmək kimi, digər yollarla da mümkündür. Həzrət Ayətullah Mərəşi Nəcəfi barəsində yazıblar ki, buyurdular:
Gecələrin birində yatmamışdan qabaq İlahi övliyalardan birini görmək üçün təvəssül etdim. O Əmirəl- möminin (ə)- ın müqəddəs vücudunu yuxuda görür ki, Şəhriyarın şerinin (Əli ey həmaye rəhmət) məşhur əhvalatı, o gecə baş vermişdir. NUR-AZ.COM


more post like this