Islamtimes – Mən İmam Hüseyndən (əs) öyrəndim ki, biz Allahın bizimlə olduğunu və yaşadığımız zülm və ədalətsizliklərə şahid olduğunu dərk etdiyimiz təqdirdə bütün çətinliklər və problemlər bizim üçün asan gələr.
Islamtimes
Mən İmam Hüseyndən (əs) öyrəndim ki….
Mən İmam Hüseyndən (əs) öyrəndim ki….
Bir vaxtlar Hindistan azadlıq hərəkatının rəhbəri Mahatma Qandi xalqının qarşısında çıxış edərək demişdir: “Mən İmam Hüseyndən (əs) zülm qarşısında susmamağı və sayın az ola-ola düşmənə qalib gəlməyi öyrəndim.”

Qandinin sözlərinə əlavə olaraq deyirəm ki, mən İmam Hüseyndən (əs) öyrəndim ki, öz ilahi vəzifə və əqidə uğrunda şəhid olmaq şərəfsiz həyat yaşamaqdan və şeytani qanunlara tabe olmaqdan daha yaxşıdır.

Mən İmam Hüseyndən (əs) Uca Allah yolunda sonsuz səbir və qətiyyətlə hər bir şeyini qurban verməyi öyrəndim.
Mən İmam Hüseyindən (əs) öyrəndim ki, özünü islah və nəfsin saflaşdırılması İslam təlimlərinin və Müqəddəs Peyğəmbərin (əs) biz çatdırmaq istədikləri ən mühüm məsələdir.

Mən İmam Hüseyndən (əs) öyrəndim ki, dinin əsası Uca Allaha qılınan səmimi namazdır və İmam Hüseyn (əs) də vuruşdu ki, dini və onun müqəddəsliyini qoruyub saxlasın.

Mən İmam Hüseyndən (əs) öyrəndim ki, biz Allahın bizimlə olduğunu və yaşadığımız zülm və ədalətsizliklərə şahid olduğunu dərk etdiyimiz təqdirdə bütün çətinliklər və problemlər bizim üçün asan gələr.

Mən xanım Zeynəbdən dünyanın sonun qədər baş verəcək zülm və haqsızlığın ən dəhşətli və kədərlisi qarşısında necə səbirli və dözümlü olmağı və haqq səsisini dünyaya yaymağı öyrəndim.

Mən Əbulfəzl Abbasdan həqiqi qardaşın necə olduğunu, öz İmamına necə sevgi və məhəbbət dolu bir qəlblə xidmət etməyi öyrəndim.

Mən Müslim ibn Əqildən İbni Ziyadı qətlə yetirməyə əlində imkanı olduğu halda düzgünlük və sədaqətliyin həqiqi möminin nişanəsi olduğundan bunu etmədiyi üçün əqidəyə və İmamına sədaqət və ehtiramı öyrəndim.

Mən Əli Əkbərdən öyrəndim ki, əgər biz Haqq tərəfindəyiksə, bu zaman ölümdən qorxmaq lazım deyil.

Mən Qasimdən öyrəndim ki, Allah yolunda şəhid olmaq baldan da şirindir və şəhidliyə gənc yaşlarında çatmaq isə hər bir şeydən daha şirindir.

Mən Əli Əsğərdən öyrəndim ki, İmam Hüseynə (əs) qarşı düşmənçilk elə həddə çatıb ki, hətta kiçik süd əmər körpəni atasının qollarında qətlə yetirmək belə onların qəlbini yumuşaltmadı.

Mən Hürrdən həqiqi tövbə etməyi, özünü bu dünyanın istəklərindən azad etməyi və əvəzində İlahi tərəfindən təyin edilən İmama tabe olmaqla əbədi xoşbəxtlik və səadət məkanı olan axirəti qazanmağı öyrəndim.

Mən Müslim ibni Osəcədən öyrəndim ki, ailəmizə və dotlarımıza edə biləcəyimiz ən dəyərli vəsiyyət onları İmam Hüseyn(əs) yolunda xidmət etməyə təşviq etmək və hətta son nəfəsini də bu yolda qurban verməkdir.

Mən Həbib ibni Məzahirdən yaşının çox olmasına baxmayaraq və daha çox qayğıya ehtiyac duymasına baxmayaraq öz ailəsi də daxil olmaqla hər bir şeyindən keçərək İmamının yanında olmağı və ona kömək etməyi hər şeydən vacib olduğunu öyrəndim.

Mən Abisdən digərlərinin tənqid və fikirlərinə fikir vermədən İmam Hüseyni necə səmimi qəlbdən və açıq ürəklə sevməyi öyrəndim.

Mən Condan irq və rəng müxtəlifliyinin olmasına baxmayaraq İmam Hüseynə necə mənəvi yaxınlıq və yüksək dərəcə qazanmağı öyrəndim.

Mən İmam Hüseynin həqiqi səhabələrindən öyrəndim ki, ən yaxşı səhəbə və ən yaxşı şəhid o kəslərdir ki, Əbi Əbdillaha itaət, sevgi və dəstək yolunda döyüşür, müdafiə edir və hətta özünü belə qurban verir.

Mən xanım Səkinədən pak və hər bir çirkinlikdən uzaq olan Əhli Beytə sevginin dərəcələrini öyrəndim.

Mən Rüqəyyədən ataya olan sevgi və məhəbbəti öyrəndim.

Mən İmam Səcaddan öyrəndim ki, Aşura kədəri faciənin qurtarması ilə başa çatmır və Kərbəlanın insanların qəlbində yaratdığı kədər ta Qiyamət gününə qədər insanların gözlərindən yaş gəlməsinə səbəb olacaq.

Mən Ummu Leyladan öyrəndim ki, imanlı ananın öz uşaqları üçün ən çətin vaxtda belə etdiyi dualar qəbul edilir.

Mən Ummu Rubabdan öz həyat yoldaşına və İmamına necə xidmət etməyi və qulluğunda durmağı öyrəndim.

Mən İmam Huseynin (əs) atı Zül Cənahdan öyrəndim ki, öz sahibinə və ağana xidmət etmək həyatın ən dəyərli ləzzətidir və bu xidmət olmadan həyat heç bir şeydir.

Mən İmam Hüseynin (əs) şiə və tərəfdarlarından öyrəndim ki, Aşura hadisəsindən illərin keçməsinə baxmayaraq İmam Hüseynin (əs) qətli sağalmaz bir yara kimdir və İmam Hüseynin qətli möminlərin qəlbində bir alov yandırıb ki, bu alov ta qiyamətə kimi sönməz.

Mən Kərbəla faciəsindən o qədər dərslər, əxlaq, hikmət çeşmələri öyrəndim ki, heç bir qələm onu yaza bilməz, heç bir dil onu danışa bilməz və heç bir ağıl onu əhatə edə bilməz.

http://www.islamtimes.org


more post like this