Əgər belədirsə haramdır, yoxsa məkruh?
Cavab: Fəqihlərin (Allah onlardan razı olsun!) kəlamlarında suda yaşayan heyvanların ətinin halal olması üçün meyar verilmişdir. Onlar buyururlar: “Rəvayətlərdən belə əldə olunur ki, suda yaşayan heyvanların əti yeyilmir, yəni onun yeyilməsi haramdır,[ Başqa sözlə desək, suda yaşayan heyvanların ətinin haram, yoxsa halal olmasında ilkin hökm onun haram olmasıdır.] yalnız balıq növləri istisna olunur. Bunların da təkcə pulcuqları olanlar halaldır. Xərçəngdə də belə xüsusiyyət yoxdur.”
Qeyd edək ki, xərçəng ətinin haram olması üçün rəvayətlərdə xüsusi bir dəlil də gəlmişdir. İmam Musa ibni Cəfər (əleyhiməs-salam) buyurur: “Bir növ balıq olan cərrinin, tısbağanın və xərçəngin yeyilməsi haramdır.” Deməli, İslam nəzərindən xərçəngin yeyilməsi haramdır.
Əlavə məlumat üçün bax: Görünüş: “Meyqunun halal olmasının fəlsəfəsi”, nömrə 310


more post like this