Cavab: Bu, xristian keşişlərinin çox təbliğ etdikləri məsələdir. islamın adını “qılınc dini” qoymuşlar. Yeni sırf qılıncdan istifadə edən bir din. islam “qılınc dinidir” söyləyənlər demək istəyirlər ki, islamın öz çağırışında işlətdiyi alət qılıncdır. Yəni necə ki, Quran demişdir:
“Yaxşı hikmət və öyudlə Allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə apar”.
onlar belə göstərmək istəyirlər ki, islam Peyğəmbərinin əmri – “Qılıncla dəvət et” olmuşdur. Quran niyə “Yaxşı hikmət və öyudlə allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə et”- buyurduğunu və Peyğəmbərın əməldə belə olduğunu deyən yoxdur? Muxtəlif mövzuları bir-birinə qatıb, sonra deyirlər: islam “qılıncla dəvət və təbliğ et” – dini olmuşdur. Hətta kitablarinin bəzisində əziz Peyğəmbərə (s) hörmətsizlik edir, onun barəsində bir əlində Quran, o biri əlində qılınc olan bir kişinin karikaturasını çəkirlər ki, adamlarin başı üstə dayanıb – “Ya bu Qurana iman gətirin, ya boynunuzu vuraram” – deyir. Keşişlər dünyada bu işlərdən çox görmüşlər.Bunu da deməliyəm ki, bəzən biz musəlmanlar özümüz tarix və Quranla deyil, düşmənlərin sözlərinə uyğun olan sözlər danişırıq. Yəni, bir cəhəti düz olan sözu elə yozuruq ki, düşmənin əlinə bəhanə keçir.
Məsələn bəziləri deyirlər: ‘islam iki şeylə – Xədicənin mali və həzrət Əlinin qılıncı ilə irəlılədi. Yəni sərvət və zorla. Bir din mal-dövlət və zorakılıqla inkişaf etsə o, nə cür din ola bilər?! Quranın bir yerində “islam dini sərvət və zorla irəlilədi” sözü varmi?! Görəsən Əli (ə) bir yerdə islam dininin sərvət və zorakılıqla irəlilədiyini deyibmi? şübhəsiz, Xədicənin malı müsəlmanların işinə yaradı. amma, Xədicənin varı islamın çağırışına sərf oldumu? Yəni, Xədicənin pulu çox idi və onun pulunu birinə vərərək “gəl musəlman ol” dedilərmi? insan, tarixin bir yerində belə bir ifadə tapır, ya yox? Müsəlmanlar və Peyğəmbəri-əkrəm son dərəcə çətinlikdə və təzyiq altinda olduqları vaxt xanım Xədicə öz mal-dövlətini Peyğəmbərin (s) ixtiyarinda qoydu. ancaq pənah allaha! Peyğəmbərin (s) birinə rüşvət verməsi üçün vermədi, tarix de heç zaman belə bir şeyi göstərmir. Bu mal o qədər çox deyildi və o zaman sərvət bu qədər çox ola da bilməzdi. Xədicənin sərvəti o gün həmin məntəqədəki sərvətə görə çox idi, nəinki, məsələn böyük ölkələrin milyardərlərinin birinin sərvəti həddində idi ki, deyək həmin ölkənin kapitalistlərindən biri kimi idi. Məkkə kiçik bir şəhər idi. əlbəttə bir dəstə tacirləri və kənarla alvər ədəni, sərmayədari var idi. Demək, Xədicənin mali olmasaydi ola bilsin ki, yoxsulluq müsəlmanlari ayaqdan salardı. Xədicənin malı xidmət ətdi. Lakin onun xidməti rüşvət verib birini müsəlman etmək deyil, ac müsəlmanları qurtarmaq idi və müsəlmanlar Xədicənin pulu ilə acliqlarinın qarşısını ala bildilər.
Əlinin (ə) qılıncı şübhəsiz islama qulluq etdi və Əlinin (ə) qilinci olmasaydi, dinin taleyi başqa cür olardi. əlinin (ə) qilinci birisinin başi üstə durub ‘Ya müsəlman olmalisan, ya boynunu vururam’ – demədi. Duşmən islamın kökünü kəsməyə hazır olduğu şəraitdə onun qarşisinda dayanan Əli (ə) idi. ‘Bədr’, ‘uhud’, ya ‘xəndək’ müharibələrini nəzərə almaq kifayətdir ki, onlarda əlinin (ə) qilıncı nələr etmişdi. ‘xəndək’də müsəlmanlar Qüreyş kafirləri və onlarla əlbir olan qəbilələr tərəfindən əhatə olunurlar. on min nəfər silahli Mədinəni mühasirəyə alır. Müsəlmanlar çox ağır ictimai və iqtisadi şəraitdə qalırlar və zahirdə artıq onlara ümid yolu qalmir. iş o yərə çatır ki, ‘əmr ibni əbduvəd’ hətta müsəlmanların öz dövrələrində qazdıqları xəndəyi keçir. əlbəttə, bu xəndək Mədinəni tamamilə əhatə etməmişdi, çünki Mədinənin ətrafinda o qədər dağ var ki, çox yerində xəndəyə ehtiyac yox idi. Mədinənin şimalinda müsəlmanlarin iki dağ arasini qazdığı ühüd yolu üstündə dairəvi bir xətt olmuşdu. çünki, Qureyş də Mədinənin şimalindan gəlmişdi və oradan gəlməkdən başqa yol yox idi. Müsəlmanlar xəndəyin bu tayında, onlar isə o tayında idilər. əmr ibni əbduvəd xəndəkdə ensiz bir yer tapir. Güclü ati var idi. özü və başqa neçə nəfər o xəndəkdən bu taya atılıb kəçərək gəlib müsəlmanlarin qarşısında dayanıb döyüşçü çağırır. Müsəlmanlardan kimsə bayira çixmağa cəsarət etmir, çünki gəlib bu adamla döyüşsə, öləcəyinə şübhəsi yoxdur. iyirmi neçə yaşlı Əli (ə) yerindən durur: ‘ey allahin Rəsulu! Mənə izn ver’ – deyir. Peyğəmbər (s): ‘Əlican, otur’ – deyir. Peyğəmbər bütün səhabələrinə huccətin tamamlanmasini istəyir. əmr gəlib bir cövlan verdi, atını çaparaq gəlib yenidən, ‘Mənimlə döyüşən varmı’, dedi. Bir nəfər belə cavab vermədi. Qüdrətləri də yox idi, çünki o qeyri-adi bir adam idi. Əli (ə) ayağa durub, ‘ey allahin Rəsulu! Mən’, deyir. Həzrət: ‘Əlican otur’ – buyurur. üçüncü və dördüncü dəfə əmr rəcəz oxuyaraq müsəlmanların sümüklərini sızıldadıb, hamını narahat edib dedi:
‘Qışqıraraq hamınızı səsləyirəm: Döyüşən varmı? Dayanıb gözlədim. şücaətliniz mənim qarşima çixmaqdan qoxdu, doğrudan da kərəm və şucaət igiddə ən gözəl qərizədir’.
Dedi: Mübariz istəməkdən yoruldum. Burada bir kişi yoxdurmu?! ey musəlmanlar! Siz ki, ölülərinizin cənnətə, bizim ölülərimizin isə cəhənnəmə gedəcəyini iddia edirsiniz, bir nəfər tapılıb gəlsin, ya öldürüb cəhənnəmə göndərsin, ya da ölüb behiştə getsin’. Əli (ə) yerindən qalxdı. ömər müsəlmanların üzrünü istəmək üçün dedi: ‘ey allahin Rəsulu! Kimsə cavab vermirsə, haqqı vardır. Bu adam min nəfərə bərabərdir. Hər kim onunla qarşilaşsa, ölər’. iş o yerə çatır ki, Peyğəmbər (s) buyurur:
‘Bütün iman bütün küfrlə qarşilaşmişdir’.
Demək, Əlinin (ə) qılıncı olmasaydı, islam yox idi deməyimizin mənasi Əlinin (ə) qılıncının xalqı zorla müsəlman etməsi deyil. o deməkdir ki, islamı müdafiə etməkdə əlinin qılıncı olmasıydı, düşmən islamin kökünü kəsmişdi. Necə ki, Xədicənin malı olmasaydı, yoxsulluq musəlmanları əldən salmışdı. Bu hara, o boş söz hara?!
63islam qılınc dinidir. ancaq bu qılınc həmişə müsəlmanların canını, malını, yurdunu və ya təhlukəyə düşmüş tövhidi müdafiə etməyə hazırdır. Əllamə Təbatəbai ‘Təfsir-əl-mizanda’ bu məsələ (tövhidi müdafiə etmək) haqqında istər Bəqərə surəsinin qital ayələrində, istərsə də ‘dində zorakılıq yoxdur, artıq inkişaf yolu da aydındır, azğınlıq yolu da’ ayəsində bəhs aparmışdır. Bəli, islam bu məsələni bəşəriyyətin borcu bilir. Tövhid təhlükəyə düşəndə islam onu qurtarmağa çalişir. çünki tövhid ən əziz insani həqiqətdir. azadliq haqqinda bəhs aparan bu ağalar tövhidin heç olmazsa, azadlıq həddində olduğunu (ondan üstün olmasi mütləqdir) bilirlər. Mən bunu məclislərdə təkrar etmişəm ki, biri oz canini müdafiə etsə, bu müdafiəni düzgün bilirsiniz yoxsa yanliş? Sizin canınız hücuma məruz qaldıqda, – güclü hər nə istəyir eləsin, mən zorakiliğa əl atmamaliyam, güclü məni oldursun – dəyərsinizmi? Yox. Habelə deyirik: Birisinin namusu təcavüzə məruz qaldisa, müdafiə etməlidir. Birinin mal-dovləti təcavüzə məruz qaldisa, müdafiə etməlidir. Bir xalqın yurdu təcavuzlə qarşılaşdısa, müdafiə etməlidir. Burayadək, kimsənin bəhsi yoxdur. Deyirəm: Məzlum bir xalqın canı, malı və ya yurdu bir zalımın təcavüzünə məruz qaldısa, məzlumu müdafiə etməkdə üçüncü şəxsin iştirak etməsi düz işdir, ya yox? Nəinki düz işdir, həm də ozünü müdafiə etməkdən də əhəmiyyətlidir, çünki insan oz azadliğını müdafiə etsə, demək məhz ozünü müdafiə etmiş olur, başqasinin azadlığını müdafiə etsə, daha müqəddəs olan azadlığı müdafiə etmiş olur. Məsələn, əgər bir avropalı vyetnamlıları müdafiə etməyə gedərək amerikalilarla döyuşsə, siz onu bir vyetnamlidan qat-qat artiq müqəddəs sayar və deyərsiniz: ‘Baxin, necə də böyük insandir! özü təhlükədə olmadiği halda ölkəsindən durub başqalarinin azadliği, cani, mali və yurdunu mudafiə etmək üçün ayri ölkəyə getmişdir’. Bu, qat-qat yuksəkdir. Niyə? çünki, azadliq muqəddəsdir. Biri elm və biliyi müdafiə etmək məqsədilə vuruşsa, necə? o da belədir. (Bir yerdə elm təhlükəyə düşsə, bəşərin müqəddəs nailiyyətlərindən biri olan bilik təhlükəyə düşdüyü üçün insan elmi qurtarmaq uğrunda döyüşməlidir). Sülhün nicati üçün döyüşsə necə? o da belədir. Tövhid mənə-sənə deyil, bəşəriyyətə aid olan həqiqətdir. Tövhid insanin fitrətindən olduğu üçün heç zaman insan düşüncəsi onu tövhidə qarşi etmir. əksinə, xarici bir amil müdaxilə edərkən tövhid təhlükəyə düşərsə, islam onu qurtarmaq əmrini verir. ancaq bu zorakılıqla tövhidi xalqın ürəyinə keçirmək mənasinda deyil, tövhidin aradan gətməsinə gətirib çıxaran amilləri yox etmək deməkdir. Bu amillər aradan getdikdə, insan fitri tövhidə sari yönələr. Məsələn, təqlid, aşilama, bütxana və sair kimi insanin tövhidi düşünməsinə mane olan bu amilləri aradan aparanda camaatin fikri azad olar. Necə ki, Quran həzrəti İbrahim haqqında buyurur: ‘Camaat şəhərdən çıxıb, şəhəri boşaltdığı və bütxana xəlvət olduğu gün ibrahim gedib bütləri sındırdı və baltanı bütlərin ən böyüyünün boynundan asdı. Camaat gecə qayıdıb, hacət istəmək, məhəbbət və təmizliklərini göstərmək məqsədi ilə bütlərin yanına gəldikdə, salamat bir büt qalmadığını, böyük bütdən başqa o biri bütlərin balta ilə sındırılıb dağıdıldığını görürlər. Zahirdə bələ görünür ki, böyük büt gəlib kiçikləri dağıdıb aradan aparmışdır. Lakin bəşərin fitrəti bunu qəbul etmir. ‘Kim bu işi görüb?’ ‘Dedilər: ibrahim adlı bir gəncin onları yad etdiyini eşitdik’. ibrahimin sorağina gedib dedilər: ‘ey ibrahim! Sənmi bizim allahlarımızın başına bu işi gətirmisən?’ Dedi: ‘olmaya bu, boyük bütün işidir. Danişa bilərsə, özlərindən soruşun’. ‘onlar danışa bilməzlər’- dedilər. Dedi: ‘Danişa bilməzlərsə, nəyə pərəstiş edirsiniz?!’ Quran buyurur: ‘Beləliklə, ozlərinə qayıtdılar’. Burada ozlərinə gəldilər.
‘Dində zorakılıq yoxdur, doğru və haqq yol ilə azğınlıq yolu məlumdur. Demək tağutu kafir bilən və allaha iman gətirən adam mohkəm ipdən yapışmışdır’.
Quran məntiqinin ixtisarı budur ki, dində zorakiliq yoxdur, artiq inkişaf yolu da aydındır, azğınlıq və zəlalət yolu da. Hər kim istəyirsə, bu yolu, istəyirsə, o yolu seçsin.
Bu ayənin nazil olmasi haqqında neçə söz yazmışlar ki, bir-birinə yaxındır və hamısı düz ola bilər. Müsəlmanlarla əhd bağlamış ‘Bəni-Nəzir’ qəbiləsi xəyanət etdikdə, Peyğəmbər-əkrəm – ‘buradan çixmalısınız’- deyə, vətənlərini tərk etmələrini əmr etdi. onlarin arasinda müsəlmanlarin yəhudi övladlarından da var idi. Bu uşaqlar nə üçün yəhudi idilər? (islamin zühurundan əvvəl) yəhudilər Hicaz ərəblərindən yüksək mədəniyyətə malik idilər. Hicaz ərəbləri çox savadsız və məlumatsız idilər. Kitab əhli olan yəhudilər isə savadlı və məlumatlı idilər. Buna görə də öz fikirlərini ərəblərə qəbul etdirirdilər. Hətta bütpərəstlər yəhudilərə inanırdılar. ibn abbas deyir: ‘Mədinədə uşaqları olmayan bəzi qadınlar nəzir edirdilər ki, övladları olsa yəhudi olmaq uçun onlarin arasına göndərsinlər’. ona görə bu inama malik idilər ki, ərəblər yəhudilərin dinini öz dinlərindən – butpərəstlikdən ustun bilirdilər. onlar bəzən südəmər uşaqlarini yəhudilərin yanına göndərirdilər ki, onlara süd versinlər. o uşaqlar ki, onlarin yəhudi olmalarını nəzir etmişdilər, təbii olaraq yəhudi olur və yəhudilərin arasına gedirdilər. Yəhudilərin süd verdikləri körpələr də təbii halda, yəhudilərin əxlaqiyyatına yiyələnir və süd bacı-qardaşı, dost-tanış tapır, bəziləri isə yəhudi olurdular. Hər halda o zaman ata-analari ənsar, ovs və xəzrəcdən olan bir dəstə yəhudi uşaq da var idi. Bəni-Nəzirin gətməsi qərara alındıqda, müsəlmanlar ‘biz qoymarıq uşaqlarımız getsinlər’ – dedilər. Yəhudi olmuş uşaqlardan bir hissəsi isə ‘biz öz dindaşlarimizla gədirik’- dedilər. Bu, müsəlanlara bir çətinlik oldu. Musəlmanlar dedilər: ‘Biz heç zaman qoymariq ki, yəhudilər uşaqlarımızı özlərilə aparsınlar və onlar da yəhudi olaraq qalsınlar’. Uşaqlardan bəzisi isə ‘biz öz dindaşlarımızla getmək istəyirik’ – dedilər. Müsəlmanlar əziz Peyğəmbərin hüzuruna gəlib ‘ey allahin Peyğəmbəri! Biz uşaqlarimizin getməsinə razi dəyirik’ dedilər. (Göründüyü kimi, ayə orada nazil oldu. Peyğəmbər (s) buyurdu: ‘Məcburiyyət yoxdur. Uşaqlariniz sevirlərsə, musəlman olsunlar və istəmirlərsə, ixtiyar özlərindədir. Getmək istəyirlərsə, getsinlər. Din məcburi iş deyildir’.
‘Dində zorakılıq yoxdur, doğru və haqq yol ilə azğinlıq yolu məlumdur. Demək, tağutu kafir bilən və allaha iman gətirən adam möhkəm ipdən yapişmişdir’. çunki imanin təbiəti məcburiyyət, zorakiliq və sərtlik göturməz.
‘Demək, xatirlat, sən ancaq xatirladansan, sən onlarin üzərində hakim deyilsən, lakin kim üz döndərib kafir olsa allah onu ən böyük əzaba düçar edər’.
64’ey Peyğəmbər, camaata təzəkkür ver (təzəkkürün mənasını qabaqca dedim), camaati qəflət yuxusundan oyat, onlara ayıqlıq və bilik ver. Camaati ayıqlıq və bilik yolu ilə dinə çağır. Sənin təzəkkür verməkdən başqa işin yoxdur. Sən istilaçi hakim deyilsən, yəni allahın səni belə qərar verməmişdir ki, zorla bir iş görmək istəyəsən. [üz döndərib kafir olanlar müstəsnadirlar]. Görəsən ‘illa mən təvəlla və kəfər’ ‘lestə eləyhim bi müsəytir’dən müstəsnadir, yoxsa ‘fəzəkkir, innəma əntə müzəkkir’dən? ‘Təfsir-əl-mizanda’ deyir və dəlillər gətirir ki, ‘fəzəkkir, innəma əntə müzəkkir’dən müstəsnadir. ‘Təzəkkür ver, ‘illa mən təvəlla və kəfər’ təzəkkür vərdiklərindən başqalarına’. ‘onlar, təzəkkür vərdiyinə baxmayaraq, üz döndərmişlər və artiq təzəkkürdən sonra təzəkkürün faydası yoxdur. ‘Fəyuəzzibuhullahul əzabəl əkbər’ (allah ona əzab edər, böyuk əzabla) o da cəhənnəm əzabıdır


more post like this