Onlar mənə zülm etdilər və mən onlardan çox incimişəm. Nə üçün bu cür müəssisələr müsəlman olduqlarını iddia edərək belə işlər görürlər?
Onlar təqvalı olduqlarını bildirirlər amma mənə zülm etdilər və mənimlə düzgün rəftar etmədilər.
Cavab: Şiə fiqhinin ən mühüm bəhslərindən biri də fəhlə və işçi tərəfin hüququ məsələsidir ki, icarə (etmək haqqı) və cüalə kitablarında bəhs olunmuş və onun hökümləri (bir halda ki, qarşılıqlı heç bir tərəfin haqqı digərində qalmasın) açıqlanmışdır.
İlk şey ki, ona təkid olunmuşdur, “Müqavilənin” yazılması və fəhlənin əmək haqqının təyin edilməsidir. Peyğəmbərbər, fəhlənin zəhmət haqqını təyin etməmişdən əvvəl, işlədilməsini qadağan etmişdir. İmam Sadiq (ə) buyurur: O şəxs ki, Allaha və qiyamət gününə inanır, heç zaman fəhlə və işçinin haqqını təyin etməmiş onu işlətməz. http://kiril.islamquest.com/Printable/14389.ASPX – _edn2
Başqa bir nöqtə ki, cüalə və ya icarədə riayət olunmalıdır, hər iki tərəfin müqavilədə qeyd olunan şərtlərə riayət etməsidir.
Qurani- kərim buyurur: Ey o şəxslər ki, iman gətirmisiniz öz əhdlərinizdə (müqavilə) vəfalı olun. Başqa bir yerdə isə buyurur: Öz əhdinizdə vəfalı olun.
Peyğəmbər (s) buyurur: Müsəlmanlar öz dediklərinə əməl edirlər.
Bunun üçün də, müqavilədə şərt olunan hər bir şey, hər iki tərəfdən riayət və icra olunmalıdır. Əgər iki tərəfdən biri hər hansı şərtə riayət etməzsə, qarşı tərəf etiraz etmək hüququ vardır və müqaviləni poza bilər ki, fiqh terminində onu şərtlərdə müxalifət ixtiyari adlandırırlar.
Başqa bir nöqtə ki, İslam ona təkid etmişdir, fəhlənin haqqın tez birzamanda ödəməkdir. İmam Sadiq (ə) buyurur: Fəhlənin təri qurumamışdan qabaq onun haqqını verin.
Yenə də buyurur: İş sahibi, fəhlənin haqqını ödəməkdə zamindir, o vaxta qədər ki, onu sahibinə (fəhləyə) verin. Bəs İslam iş sahibiylə fəhlə arasında olan müqavilə ki, onda zamin və işin görülməsi şərt olunmuşdur, təkid edir və heç bir tərəfin pozulmamasını istəmir.
Demək olar ki, fəhlənin hüququnu verməmək, o halda ki, fəhlə müqavilə əsasında öz vəzifəsinə əməl etmişdir, bir növ zülmdür ki, İslam onu heç bir şəkildə qəbul etmir.
İmam Əli (ə) buyurur: Əgər yer kürəsində yeddi iqlimi mənə versələr ki, qarışqanın ağzından arpa qabığını alaraq Allah qarşısında günah edim, heç vaxt bu işi görmərəm.
Buna əsasən, heç bir məsuliyətli şəxsin haqqı yoxdur camaatın haqqını başqalarına bağışlasın, heç bir şəxsin dəhhaqı yoxdur fəhlənin haqqını kəsib ona verməyərək (Beytul mala) camaatın və ya dövlət büdcəsinə qaytarsın.
Bunu da qeyd etmək lazımdır ki, Rəvaqe hikmət maarifləndirmə müəssisəsi və internet saytı İslamquest. Net, .Maarifləndirmə bir müəssisədir ki, dini və etiqadı suallara cavab verir və hökm və məhkəmə işlərinin icrasında heç bir məsuliyyət daşımır. Biz heç bir qəzavət etmək məqamında deyil və bir tərəfin iddiası əsasında da qəzavət etmək ixtiyarımızda yoxdur!
Ədalətli bir qəzavət üçün məsləhətli bir məhkəmədə hər iki tərəfin hazır olması lazımdır. Əlbəttə sənədlər əsasında adil hakim qarşısında öz hüquqlarından müdafiə etməlidirlər. hakim də dəlillər və sənədlər əsasında hər iki tərəf üçün hökm verməlidir.
Vasailüş- şiə, cild 19, səh 105, hədis 24249.
Kafi, cild 5, səh 289, Təhzib, cild 6, səh 289.
Maidə surəsi, ayə 1.
İsra surəsi, ayə 34.
Kafi, cild 5, səh 169 və 404.
İmam Xumeyni, nicatul- ibad, səh 25, məsələ 9.
Kafi, cild 5, səh 288.
Təhzib, cild 6, səh 289.
Nəhcül- bəlağə, xütbə 219.


more post like this