Cavab: Hakim Nişapuri:
Mütavatir rəvayətlərə əsasən, Fatimə bint Əsəd əmirəlmöminin Əli ibn Əbutalibi (kərrəməllahu vəchəh) Kəbənin içində dünyaya gətirmişdir. (Məhəmməd ibn Abdullah əl-Hakim əl-Nişapuri, “Əl-Mustədrək ələs- Səhihəyn”, c. 3, səh. 550.)
Şah Vəliyullah Dehləvi:
Rəziyallahu ənhin dünyaya gəlişi zamanı baş verən kərmətlərdən biri də Kəbənin içində doğulmasıdır. (“Hindli mühəddis” kimi məhşur olan Şah Vəliyullah Dehləvi, “Əzalətul-xəfa ən xilafətil-xuləfa, c. 4.”)
Məsudi:
Əli (ə) Kəbədə doğulmuşdur. (Əbul Həsən Əli ibn əl-Hüseyn ibn Əli Əl-Məsudi, “Mürucuz-zəhəb“ c. 1, səh. 349 )
Gənci Şafei:
Əli (ə) “Fil ili” hadisəsindən otuz il sonra rəcəb ayının on üçü, cümə axşamı Allah evinin içində dünyaya gəldi. O Həzrətdən öncə və sonra heç kəs Kəbə evinin içində dünyaya gəlməyib. Bu, o Həzrətə xas olan fəzilətlərdən biridir ki, Alllah-taala onun məqamını uca tutmaq üçün ona bəxş etmişdir. (Əbi Abdullah Məhəmməd ibn Yusif ibn Məhəmməd əl-Qərəşi əl-Gənci əl-Şafei, “Kifayətul- Talib fi Mənaqibi Əli ibn Əbu Talib, səh. 407, Əl-babus-sabe fi muvludihi (ə)”.)
İbn Səbbağ əl-Maliki:
Əli (ə) Fil ilindən otuz il sonra, Hicrətdən iyirmi üç il öncə Allah ayının, yəni rəcəbin on üçü, cümə günü Kəbəyi-Muşərrəfədə Beytul-həramın içində dünyaya gəlib. Ondan öncə heç kəs Kəbədə doğulmadı. Bu fəzilətlə Allah-taala onun məqamını uca tutdu, kəramətini əşkar etdi. (Əli ibn Məhəmməd ibn Əhməd əl-Maliki əl- Məkki ibn Səbbağ, “Əl-fusulul-muhimmə fi mərifətil-əimmə”, c. 1, səh. 171.)
Hələbi:
O Həzrət Kəbə evinin içində dünyaya gəldi. O zaman Allah rəsulunun (s) otoz yaşı var idi. (Əli ibn Burhanəddin əl-Hələbi, “Əs- sirətul Hələbiyyə fi sirətil əl-əmin vəl- məmun, c. 1, səh. 226.”)
İlkin tədqiatlara əsasən, nəzrə elə çarpır ki, Təbərinin tarix kitabında bu haqda məlumat verilməyib. Lakin yuxarıda kitablarından sitat gətirdiyimiz şəxslər Əhli-sünnə məzhəblərinin etimadlı və böyük alimlərindən sayılırlar. Misal olaraq, Əhli-sünnə böyüklərinin Hakim Nuşaburi barədə dediklərinə diqqət edək:
Zəhəbi Hakim Nişaburi haqqında yazır: “Hakim böyük hafiz və hədis öncüllərindəndir. O etimad olunası və böyük elm sahibidir”. (Şəmsəddin Məhəmməd ibn Əhməd ibn Osman əz-Zəhəbi. “Təzkirətul-Hafiz”, c. 3, səh. 1039-1040. )
Və yaxud Suyuti onun barəsində yazır: “Hakim böyük hafiz və hədis öncüllərindəndir. O, öz zamanında hədis elminin böyüklərindən sayılırdı. O, hədis elmini mükəmməl bilirdi. Sədaqət və etimadlı idi”. (Camaluddin əbdurəhman ibn Əbi Bəkr Suyuti, Təbəqatul-Hafiz, c. 1, səh. 40-411.)
Əbu İshaq Şirazı Hakimi belə təqdim edir: “Hakim adı ilə məşhur olan, “Müstədrək”, “Nişabur tarixi” və s. Kitabların müəllifi Məhəmməd ibn Abdullah Nişaburi fəqih, hafiz, uca məqamlı və etimad olunası şəxs idi”. (İbrahim ibn Əli ibn Yusif əbu İshaq əl-Şirazi, “Təbəqatul-füqəha”, c. 1, səh. 222. Tədqiq: Xəlil əlMis, Naşir: Darul-qələm, Beyrut)
Düzdür, bəzi tarixçilər nəql etdikləri hadisələri öz gözləri ilə görməyiblər. Lakin onlar əldə olan ilkn mənbələrə əsasən tədiqiqat aparmış və nəzərlərini bildirmişlər. Nişaburi Hicri təqvimi ilə 405-ci ildə yaşamışdır. Onu ilk İslam mənbələrinə yaxın bir şəxs hesab etmək olar. Digərləri haqqında da bu fikir söyləmək olar. Doğrudur, tarix kitablarında nəql edilənləri təmamilə qəbul etmək olmaz. O kitablarda yanılış, həqiqəti olmayan hadisələr qələmə alınmişdir. Lakin mahir tarixçilər bunları araşdırır, həqiqəti ortaya qoymağa çalışırlar. Ümumiyyətlə, tarix elmi bütün elm düşərgələrində normal qəbul edilir.
NUR-AZ.COM


more post like this