Rüzi əldə etmək üçün ən ümdə amillərdən biri təlaş etməkdir. Allah-taala buyurub: “Hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alır”. (Taha: 15) Və ya : “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm: 39) Ruzinin çoxalmasına səbəb olan digər amillərdən biri isə ticarətdir. İmam Sadiq (ə) buyrub: “Ruzinin 10/9 ticarətdədir”. (Vəsailüş-şiə, c. 17, səh. 7) Allaha təvəkkül etmək də rüzinin çoxalmasına səbəb olur. Allahın rəsulu (s) buyurub: “Allah taala Ona təvəkkül edənlərin ruzisini verəcək”. (Hukmuz-zahir, səh. 470). Qənaətcil olmaq da ruzini çoxaldır. İmam Əli (ə) buyurub: “Qənaətcil ol ki, varlı olasan”. (Hukmuz-zahir, səh. 478). Allahın verdiyi nemətlərə şükr etmək ruzini çoxalmasına səbəb olur: “Şükr etmək nemətləri çoxladır”. (Hukmuz-zahir, səh. 475). Sədəqə və borc vermək ruzini çoxaldır. Allah-taala buyurur: “(Ya Peyğəmbər!) De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba, 39) İmam Əli (ə) buyurub: “Ruzini sədəqə verməklə nazil edin”. İzdivac etmək də ruzinin cəlb olunmasına səbəb olur. Allahın rəsulu buyurub: “İzdivac etməklə Allahdan ruzi istəyin”. (Məhcül-fəsahə, 92) Çox “La həvlə vəla quvvətə illa billah” və Məhəmməd (s) və Ali Məhəmmədə (s) salavat göndərmək ruzinin çoxalmasına səbəb olur. Ruzinin çoxaldılması haqqında “Məfatihul-cinan” kitabında çoxlu dua və zikirlər mövcuddur.


more post like this