Cavab: Müshəfi-Fatimə (s) Cəbrailin diktəsi, İmam Əlinin xətti ilə qələmə alinmış bir kitabdır. Bu kitabda Qiyamətə qədər bütün hadisələrdən xəbər verilsə də, lakin haram və halal hökümlər barədə məlaumat verilməmişdir. Bu haqda müxtəlif ravayətlər mövcuddur ki, yalnız birini qeyd edirik:
“Həmmad ibn Osman deyir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “128-ci ildə məzhəb müxalifləri və batilə dəvət edənlər meydana gələcəklər. Bu barədə “Müshəfi-Fatimə”də oxumuşam”. “Müshəfi-Fatimə nədir”, – deyə soruşdum. Buyurdu: “Allahın rəsulu vəfat etdikdən sonra Həzrət Zəhranı (s) dərin qəm-qüssə burudu (qəm-qüssənin həddini təkcə Allah bilir). Buna görə də Allah-taala həzrət Fatimənin (ə) yanına bir mələk göndərdi ki, bir-biriləri ilə həmsöhbət olub o Həzərətin (s) qüssəsi azlsın. Həzrət Fatimə (s) məsləylə əlaqədar İmam Əlini (ə) xəbərdar etdi. İmam Əli (ə) “hər vaxt mələk gəlsə, məni də xəbərdar et”, dedi. Fatimə (ə) də Əlini (ə) xəbərdar etdi və İmamın (ə) mələyin dediklərini qələmə alması nəticəsində bu kitab ərsəyə gəlib. Sonra İmam Sadiq (ə) buyurdu: “Bu kitabda halal-haram barədə məlumat yoxdur. Yalinız gələcək hadisələrdən xəbər verilir””. (“Kafi”, c. 1, seh. 240)
NUR-AZ.COM


more post like this