Sizi and verirem uca Yaradana, deyin görüm, aranızda ele bir kəs vadırmı ki, Allahın elçisi (s) ona “Tezliklə bir dəstə mələk mənim ziyarətimə gələcək”-deyə söyləsin və ondan qapıda keşik çəkməsini istəsin (bu məhrəmiyyəti qorumaq şərəfinə layiq görsün)? O zaman Ömər 3 dəfə Allah rəsulunun (s) yanına gələrək evə daxil olmaq isdədi. Ancaq mən iki dəfə onu geri qaytardm (vəzifəmi yerinə yetirdim) və Peyğəmbərin (s) gizli bir görüş keçirdiyini, onun ziyarətçilərinin mələklər olduğunu və hətta onların sayını ona söylədim. Birqədər sonra Ömərə giriş icazəsi verildi. Evə girən Ömər soruşdu: “Ey Allahın Elcisi! Mən bir neçə dəfə görüşünüzə, lakin Əli hər dəfə məni geri qaytararaq “Allahın rəsulu (s) gizli bir görüşdədir, onun ziyarətçiləri mələklərdir” deyərək, hətta onların sayını belə mənə söylədi.O, neçə mələyin görüşünüzə gəldiyini haradan bilir? Məgər onları görürdümü?” Peyğəmbər (s) üzünü mənə tutaraq soruşdu: “Əli! O, doğru söyləyir, sən mələklərin sayını hardan bilirsən?” Dedim: “Ey Allahın elçısı! Onlar bir deyil, bir neçədəfə salam verdilər. Mən də onlarn neçə dəfə salam verdiklərini eşidərək saylarını təxmin etdim.” [1] Peyğəmbər (s) buyurdu: “Doğru söyləyirsən. Həqiqətən, qardaşım İsaya (ə) çox bənzəyirsən.” Ömər: “Onu Məryəmin oğluna bənzətdi!” – deyə təəccüblənmiş halda bizdən ayrılmışdı.[2] Ixlas.az


more post like this