Cavab: Həmin cavanın adı Hənzələdir, bu hadisə isə Ühüd müharibəsində baş vermişdir. Peyğəmbər bu cavana, toy gecəsi üçün şəhərdə qalmağa icazə vermişdi. O, toy mərasimini şəhərdə keçirib sübh qüsl vermədən Peyğəmbərin ardınca müharibə meydanına gəlmiş və Qüreyş kafirlərinin əli ilə şəhid olmuşdu. Rəsuli-Əkrəm (s.ə.v.v) bu hadisə ilə əlaqədar buyurmuşdu: “Mən mələklərin Hənzələyə qüsl verdiyini gördüm.” Buna görə də ona “Ğəsilül-məlaikə” (mələklərin qüsl verdiyi şəxs) adlandırırlar. Nur-az.com


more post like this