Cavab: İmama (ə) yaxın olan bir çox şəxsiyyətlər ona Məkkədən çıxmamağı məsləhət görmüşdülər. İmamın (ə) bu adamlara verdiyi cavabdan aydın olur ki, o, Məkkədə qalmağı təhlükəli hesab etmişdir. İmam Hüseyn (ə) ibn Əbbasa buyurur: “Başqa yerdə öldürülmək Məkkədə öldürülməkdən daha yaxşıdır.”[4616] İmam Əbdüllah ibn Zübeyrə buyurur: “And olsun Allaha! Bir qarış Məkkədən kənarda öldürülmək mənim üçün bir qarış Məkkənin daxilində öldürülməkdən daha yaxşıdır. And olsun Allaha, istədiklərini almaq üçün canavar yuvasına sığınsam belə , çəkib çıxaracaqlar.”[4617] İmam (ə) qardaşı Məhəmməd Hənəfiyyə ilə söhbət zamanı Yezidin onu Allah hərəmində (Məkkədə) öldürmək məqsədini açıqlayır. Bəzi mənbələrdə bildirilir ki, Yezid imam Hüseyni (ə) öldürmək üçün Məkkəyə silahlı adamlar göndərmişdi.[4618] Yuxarıda deyilənlərdən məlum olur ki, imam öz qanının axıdılması ilə Kəbəyə hörmətsizlik göstərilməsinə razı deyildi. İmam Hüseyn (ə) Əbdüllah ibn Zübeyrə buyurur: “Atam mənə nəql edib ki, Məkkənin ehtiramı oradakı bir qoça görə sındırılacaq. Mən o qoç kimi olmaq istəmirəm.”[4619]Zaman gəldi ki, Əbdüllah ibn Zübeyr Məkkədə mövqe tutduğu üçün Yezid qoşunu şəhərə daxil olub, onun hörmətini sındırdı. NUR-AZ.COM


more post like this