zuhuradogru.org
Bismilləhir Rahmənir Rahim

Məhdi inancı İslamda,xüsusən şiə məzhəbində böyük bir fəlsəfi məsələdir.Gözlənilən qurtuluş yalnız müəyyən bir ümmətə,müəyyən məntəqəyə və ya müəyyən bir cinsə aid deyildir.Əksinə,bu məsələ bütün bəşəriyyəti əhatə edir və onlar Məhdinin (ə.f) əli ilə islah olub səadətə yetişəcəklər.

Bəlkədə kimsə “biz elm və kosmos əsrində yaşayırıq,bəşəriyyətə xətər yetirən heç bir fəlakətin olmadığı zaman hər hansı bir qeybi imdada ehtiyac duyulmur,bəşəriyyət istiqlal və kamalın ən yüksək pilləsindədir,onların köməyə və imdada ehtiyaci azalmışdır,elmlə ağıl ehtiyac və imdad boşluğunu doldurmaqdadır,bəşəriyyətin cəhalət və durğunluq zamanı təhlükələrlə üz-üzə qalarkən müasir zamanda elm və mərifətlə nurlanan bir cəmiyyət heç bir təhlükə ilə üzləşə bilməz”-deyə söyləyər.

Təəssüflər olsun ki,bu sözlərin heç bir əsası olmadığı kimi,özüdə axmaqlıq və xəyaldır.Müasir zamanda bəşəriyyətin üzləşdiyi fəlakətlər qədim zamanlardan baş verən fəlakətlərdən daha böyük,daha əzəmətli və daha təhlükəlidir.

Cəmiyyətin yolundan azmasına yalnız cəhalətin səbəb olduğunu etiqad etmək xətadır.Bu barədə alimlər tərbiyə və əxlaq elmlərində çoxsaylı bəhslər və axtarışlar aparmışlar.

Cəmiyyətin yolundan azmasına əsas səbəb onların şəhvət, qəzəb,hərislik və həva-nəfslərinin arxasınca getməsi və şan-şöhrətə həvəsli olmalarıdır.Həmçinin, ləzzətlərin çoxalması və xudpəsəndlikdir.

İndi isə keçən əsrin maddi istəklərə və bəşəriyyətin həva-nəfsinə nəzər yetirək.Həmçinin,hakimiyyət,başqalarının istismarı,xudpəsəndlik,şəxsi mənfəət və insan zülmünün amillərinə nəzər yetirək.

Görəsən, bəşəriyyət aləmin zülmü altında sakit və davamlıdırmı?

Görəsən,bəşəriyyət ədalət,təqva,razılıq,iffət və haqq yolunun ruhu ilə tərbiyələnibmi? Yoxsa, tamamilə bunun əksinədir?

Heç kəsə sirr deyil ki,müasir zamanda bəşəriyyətin maddi istəkləri dəlilik həddinə yetişmişdir.Bütün bu istəklər üçün elm və fənlər özlərini qurban vermişlər.Bu gün elmdən istifadə etməkdən məqsəd yalnız şeytana xidmət etməkdir.Alimlər və elmlə məşğul olan insanlar artıq hakimiyyət,fironluq və nüfuz tələb edənlərin xidmətçilərinə çevrilmişlər.

Həmçinin,heç bir şək-şübhə yoxdur ki, elmin inkşafı bəşəriyyətin istəklərinə müsbət təsir göstərməmişdir.Bunun tam əksi olaraq insanın qürurunu,tüğyanını,heyvani istəklərini artırmış və mənəviyyatını azaltmışdır.Beləliklə, elm və fənlər bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir.Yəni,bəşəriyyətin yaxın dostu,onun qatı düşməni olmuşdur.

Nə üçün?

Çünki,elm çıraq və işıqlandırma alətidir.Onun istfadəsi necə işlədilməsindən asılıdır.

Beləliklə,məqsəd onun işlədilməsindədir.Hər kəs çıraqdan kitab oxumaq üçün ya da,şairin dediyi kimi,oğurluq vaxtı ən gözəl əşyaları götürmək üçün istifadə edə bilər.

Elm pilləkən olduğu üçün hər kəs onun vasitəsilə istədiyi məqsədə yetişə və istədiklərini həyata keçirə bilər.Elm insanın məqsədini dəyişməyə qadir deyil.Həmçinin o insana insani ölçü və dəyərləri təqdim edə bilməz.Çünki bu dinin vəzifəsidir.Yalnız din insanın istəklərinə və həva-nəfsinə hakim olub onu gözəl və pak niyyətlərə şövq etdirə bilər.Elm insan və onun istəklərindən başqa bütün şeyləri özünə ram edib onlara hakimlik edə bilər.İnsanın özü elmi istədiyi səmtə yönəldə bilir.Din isə insanı ram edərək xüsusi səmtə yönəldir.

Vill Dürant tərtib etdiyi “Fəlsəfənin ləzzətləri” kitabında insanın əsli aləti olduğuna işarə edərək deyir:” Biz texnologiyada zəngin olduğumuza baxmayaraq,hədəflərimizdə kasıbıq.Müasir zamanda yaşayan insan əsrlər öncə yaşayan insandan qəzəb və şəhvətinin əsiri və qulu olduğu üçün heç də fərqlənmir.Elm insanı həva-nəfsindən azad edə bilmədi.İnsanın təkəbbür,qəzəb və qan tökmək ruhunu dəyişdirə bilmədi.Əksinə, indiki zamanda nifaq və özbaşınalıq vüsət almış,insana hakim olmuşdur,işğalçı əllər qılınc həddi keçərək raket və bombalar həddinə çatmışdır”.

 

“İnsan həyatında qeybi yardım» M.Mutəhhəri.


more post like this