islamic mənbələri

    1. home

    2. article

    3. Məclis

    Məclis

    Məclis
    Rate this post

     

    336.Məclislərin ən şərəflisi

    1080.Allahın Peyğəmbəri (s):«Hər şeyin şərəf və hörməti var, oturuşların ən şərəflisi isə üzü qibləyə olanıdır.»[1]

    1081.İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) çox vaxt üzü qibləyə oturardı.»[2]

     

    337.Məclisdə riayət olunmalı şey

    Quran:

    «Ey iman gətirənlər! Sizə «məclislərdə yer verın» deyildiyi zaman yer verın ki, Allah da sizə genişlik versin. «Qalxın» deyiləndə də qalxın!»[3]

    Hədis:

    1082.Allahın Peyğəmbəri (s):«Oturduğun yerdə həyasızlıq və ədəbsizlik etmə ki, bunun nəticəsində camaat sənin pis əxlaqından qaçmalı olsun. Yanında biri oturan zamansa başqası ilə pıçıldaşma.»[4]

    1083.İmam Əli (ə) Peyğəmbəri (s) vəsf edərkən buyurmuşdur: «Heç vaxt görmədik ki, o Həzrət yanında oturanın qarşısında ayaqlarını uzatsın.»[5]

    1084.İmam Baqir (ə):«Sizlərdən biri qardaşının evinə gedən zaman ev sahibinin dediyi yerdə otursun. Çünki, ev sahibi öz evinin quruluşunu qonaqdan daha yaxşı bilir.»[6]

    1085.İmam Sadiq (ə):«Peyğəmbər (s) bir evə gedəndə məclisin ən aşağı yerində oturardı.»[7]

     

    338.Məclisin başı

    1086.İmam Əli (ə):«Məclisin başında yalnız üç xislətə malik olan şəxs – sual soruşulanda cavab verən, başqaları danışa bilməyəndə danışa bilən və məclisdəkilərin xeyrinə olan fikir söyləyən oturmalıdır. Bu xislətlərə malik olmayan və məclisin başında oturan şəxs axmaqdır.»[8]

    1087.İmam Əli (ə):«Məclisin ən yuxarı yerinə tələsmə. Çünki, yuxarı çəkildiyın yer, aşağı endirildiyin yerdən daha yaxşıdır.»[9]

     

    339.İştirak edilməsi qadağan olunmuş məclislər

    Quran:

    «Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdikdə onlar başqa bir söhbətə başlamayana qədər onlarla bir yerdə əyləşməyin.»[10]

    Hədis:

    1088.İmam Əli (ə):«Şərab içilən süfrədə oturmayın. Çünki, bəndə ölümünün nə vaxt çatacağını bilmir.»[11]

    1089.İmam Əli (ə):«Keçidlərdə oturmaqdan çəkin!»[12]

    1090.İmam Əli (ə):«Allaha və axirət gününə imanı olan şəxs şübhə yaradan yerdə durmamalıdır.»[13]

    1091.İmam Sadiq (ə) «kitabda sizə nazil etmişdir ki…..» ayəsi barəsində buyurduqlarından: «Məqsəd budur ki, kimsə haqqı inkar və təkzib edib, imamlar barədə pis sözlər danışsa, (və elə ki, bunu eşitdiniz) kim olmasından asılı olmayaraq onun yanından dur və onunla oturma.»[14]

    1092.İmam Sadiq (ə):«Möminin Allaha qarşı günah və itaətsizlik edildiyi və onun bu vəziyyəti dəyişdirə bilmədiyi məclisdə oturması rəva deyil.»[15]

     

    340.Məclislər əmanətdir

    1093.Allahın Peyğəmbəri (s):«Məclislər əmanətdir və qardaşının sirrini faş etmək xəyanətdir. Bu işdən çəkin və yaxın qohumlarla əyləşməkdən (qohumluq təsübkeşliyindən) uzaq ol.»[16]

     

    341.Allah zikr olunan məclislərdə iştiraka təşviq

    1094.Allahın Peyğəmbəri (s):«Cənnət bağlarında gəzişin.» Dedilər:«Ey Allahın Peyğəmbəri! Cənnətin bağları nədir?» Buyurdu:«Allahın zikr olunduğu məclislər.»[17]

    1095.Allahın Peyğəmbəri (s):«Məclislər üç qismdir: xeyri çox olan, sağlam və ölü. Xeyri çox olan məclis Allahın zikr olunduğu məclisdir. Sağlam məclis sakit məclisdir. Ölü məclis isə onda batil işlərin görüldüyü  məclisdir.»[18]

    1096.İmam Əli (ə):«Allah zikr olunan məclislərdə iştirak et!»[19]

    1097.İmam Sadiqin (ə) Fuzeylə buyurduqlarından: «Bir-birinizlə oturub söhbət edirsiniz?» Dedim: «Bəli, sənə fəda olum.» Buyurdu:«Mən o məclisləri sevirəm. Ey Fuzeyl! Bizim işimizi diri saxlayın. Bizim işimizi dirçəldənə Allahın rəhməti olsun! Ey Fuzeyl! Hər kim bizi yada salıb xatırlasa və ya kimin yanında  xatırlansaq və onun gözündən milçəyin qanadı boyda yaş çıxsa Allahın Peyğəmbəri (s) onun günahlarını hətta dənizin köpüklərindən çox olsa belə bağışlar.»[20]

     

    342.Məclisdən duranda Allahı zikr etməyə təşviq

    1098.Allahın Peyğəmbəri (s):«Oturmağın kəffarəsi «Allahım! Sən pak və qüsursuzsan! Həmd-səna Sənə məxsusdur! Səndən başqa bir tanrı yoxdur! Ey mənim Rəbbim, bağışla və əfv et məni!» deməkdir.»[21]

    1099.İmam Sadiq (ə):«Peyğəmbər məclisdən qalxan  zaman, hətta orada az oturmuş olsaydı belə iyirmi beş dəfə istiğfar edib Allahdan bağışlanmasını dilərdi.»[22]

     

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     

     



    [1] Biharul-Ənvar, c.75, səh.469, hədis 4

    [2] Məkarimul-Əxlaq, c.1, səh.66, hədis 72

    [3] Mücadilə, ayə 11

    [4] Biharul-Ənvar, c.84, səh.354, hədis 2

    [5] Biharul-Ənvar, c.16, səh.236, hədis 35

    [6] Qurbul-İsnad, səh.69, hədis 222

    [7] Məkarimul-Əxlaq, c.1, səh.66, hədis 71

    [8] Biharul-Ənvar, c.78, səh.304, hədis 1

    [9] Ğurərul-Hikəm, hədis 10283

    [10] Nisa, ayə 140

    [11] Biharul-Ənvar, c.10, səh.98, hədis 1

    [12] Əmali-Tusi , səh.8, hədis 8

    [13] əl-Kafi, c.2, səh.378, hədis 10

    [14] əl-Kafi, c.2, səh.377, hədis 8

    [15] əl-Kafi, c.2, səh.374, hədis 1

    [16] Biharul-Ənvar, c.77, səh.89, hədis 3

    [17] Biharul-Ənvar, c.93, səh.163, hədis 42

    [18] Nüzhətun-Nazir, səh.20, hədis 49

    [19] Biharul-Ənvar, c.75, səh.465, hədis 6

    [20] Qurbul-Əsnad, səh.36, hədis 117

    [21] Biharul-Ənvar, c.75, səh.467, hədis 17

    [22] əl-Kafi, c.2, səh.504, hədis 4