Cavab: “Təzkirətül-xəvass” kitabının müəllifi yazır: “Peyğəmbər (s) “Mən kuntu mövlah fə Əliyyun mövlah” – cümləsini dedikdən sonra, bu söz bütün şəhərlərə yayıldı. Bunu eşidən Hərs ibni Nöman ibni Fəhari öz dəvəsi ilə gəlib məscidin qapısında dəvədən endi. Dəvəsini bir yerə bağlayıb içəriyə girdi və Peyğəmbərə dedi: Ey Məhəmməd! Sən bizə “la ilahə illəllah, Muhəmmədun rəsulullah” sözlərini qəbul etməyə əmr etdin, biz də qəbul etdik. Bizə gündəlik beş namazı qılmağı, Ramazan ayında oruc tutmağı, həccə getməyi, malımızın zəkatını verməyi əmr etdin. Bunu da qəbul etdik. Bütün bunlara razı olmayıb əmin oğlu Əlini bizim çiynimizə mindirərək onu insanların hamısın-dan üstün və fəzilətli hesab etdin və “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” – dedin. De görək, bu sənin öz sözündür, yoxsa Allah-taala tərəfindəndir?!
Bu sözü eşitdikdə gözləri qəzəbdən qızaran Peyğəmbər (s) buyurdu: “Misli və şəriki olmayan Allaha and olsun! Bu, Allahın fərmanıdır, mənim öz sözüm deyil.” Peyğəmbər (s) bu sözü üç dəfə təkrar etdi. Hərs ayağa qalxıb öz-özünə bu sözləri deyirdi:
“Pərvərdigara ! Əgər Məhəmmədin dediyi bu sözlər düzgündürsə, onda göydən bizim başımıza daş yağdır, ya da bizi dərdli və dəhşətli əzaba düçar et ! ” [4543]
Allaha and olsun! Hələ dəvəsi hərəkət etməmişdi ki, göydən bir daş düşdü, onun başından girib, məxrəcindən çıxdı və onu həlak etdi. Elə bu zaman “sələ sailun bi əzabin vaqe” ayəsi nazil oldu. “Yəni bir kəs Allahdan əzab istədi və duası qəbul oldu.) [4544]
[4543] “Təzkirətül-xəvass”, səh.37 (“Şərifər-Rəzi” çapı)
[4544] “Məaric” surəsinin ilk ayəsi
NUR-AZ.COM


more post like this