Bu sualın cavabından öncə onu xatırladırıq ki, ismət insanın şəxsiyyətinə aid bir xasiyyətdir ki, insanı günah və ya xəta etməkdən saxlayar. Buna görə də ismət insanın müsbət dəyərləndirdiyi ixtiyarı ilə əldə olunur. Eyni zamanda ilahi bir lütfdür ki, Allah hikməti üzündən onu o kəslərə bəxş etmişdir ki, onlar səhv və xətaya düçar olmadan bəşəriyyəti səadətə qovuşduran bələdçilərdirlər. Bu mövzunun daha aydın anlamı üçün aşağıdakı nöqtələrə diqqət yetirin.   • Peyğəmbər və İmamlar bəşəri iradəyə sahibdirlər. Digər insanlar kimi həyat sürmüşlər. Onlar da insanlar kimi mənəvi məqamlara yiyələnmək üçün çalışaraq səbr, təqva və cihad əhlidirlər. Qurani-Kərim Peyğəmbərə (s) xitabən buyurur: قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَـهُكُمْ إِلَـهٌ وَاحِدٌ… De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır”…( Kəhf surəsi ayə, 110) • Allahın peyğəmbər və İmamların mənəvi cəhətdən fərqli qabiliyyətlərinə – insanların hidayəti yolundakı məsuliyyəti layiqincə yerinə yetirmələrinə, qabaqcadan bilgisi vardır.   • Həmin qabiliyyət və xüsusiyyətə onlar öz ixtiyarları ilə yiyələniblər. Bu iki həqiqəti isbat edəcək ayə və hədislər vardır: وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ “(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik.”( Səcdə surəsi, 24-cü ayə) … اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ … “Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir.”(Ənam surəsi, 124-cü ayə)   3. İmam Sadiq (ə) buyurur: «انّ اللّه عزّ و جلّ اختار من ولد آدم اناساً طهر ميلادهم و طيب ابدانهم و حفظهم فى اصلاب الرّجال و ارحام النّساء؛ اخرج منهم الانبياء و الرسل، فهم ازكى فروع آدم. فعل ذلك لا لامر استحقوه من اللّه عزّ و جلّ و لكن علم اللّه منهم حين ذرأهم انهم يطيعونه و يعبدونه و لايشركون به شيئاً. فهم بالطاعة نالوا من اللّه الكرامة و المنزلة الرّفيعة عنده و هولاء الّذين لهم الشّرف و الفضل و الحب» “Allah-taala Adəm övladlarından bəzisini seçilmişlərdən etdi, onları pak saxladı, onların vücudunu ətirli (ən yaxşı) qərar verərək kişilərin belindən qadınların bətnində yerləşdirdi. Bu (seçilmiş məsum) cəmin içərisindən peyğəmbər və İmamları xaric etdi. Onlar Adəmin ən pak övladlarıdırlar. Bu belə deyil ki, Allah heç bir dəlil və əsas olmadan onlara belə haqq vermişdir. Əksinə Allah öncədən bilirdi ki, onlar yaradanlarının itaətkarıdırlar, yalnız ona sitayiş edərlər və ona şərik qoşmazlar. Onlar öz itaətkarlıqları (bəndəçilikləri) ilə ilahi kəramətləri əldə etmişlər. Məsumlar haqq olaraq şərafətlənmiş, fəzilətlənmiş və sevgi əldə edənlərdirlər”.(Biharul-ənvar, c.10, səh.170 • Hər bir məsuliyyəti başqasının öhdəsinə tapşırmaq ona müəyyən imkanlar verməklə mümkündür. Bir qayda olaraq bütün sahələrdə ictimaiyyətin hidayət və öndərliyi İlahi bilgilərə söykənərək baş verir. Necə ki, bu haqda “Nüdbə” duasının əvvəllərində bu həqiqətlərə işarə olunmuşdur: «بعد ان شرطت عليهم الزهد فى درجات هذه الدنيا الدنيه و زخرفها و زبرجها فشرطوا لك ذلك و علمت منهم الوفاء به فقبلتهم و قربتهم و قدمت لهم الذكر العلى و الثناء الجلى و اهبطت عليهم ملائكتك و كرمتهم بوحيك و رفدتهم بعلمك» “(İlahi!) Onlarla dünya zinətləri qarşısında təqvalı olmalarına dair şərt etdikdən sonra onları (bu məqama) təyin etdin… Onlar bu əhdi qəbul etdikdən sonra vəfa etdilər. İlahi sən onlardan qəbul etdin və özünə yaxınlaşdırdın. Onları əzəmətlə xatırlamağı və ehtiram göstərilməyi öncədən tapşırdın. Mələkləri onlara endirdin, öz vəhyinlə onlara kəramət bəxş edib öz elmindən onlara pay verdin…” • Elm və ismət ayrılmazdır. Məsumlar öz iradə və çalışqanlıqları, İlahi dərgaha dua və ibadətləri sayəsində elm və ismətin ali dərəcələrinə yetişmişlər. Necə ki, Quranda oxuyuruq: «وَ قُلْ رَبِّ زِدْنِى عِلْماً»؛ “Ey Rəbbim! Mənim elmimi artır!” – de. (Taha surəsi, 117-ci ayə) «تِلْكَ الرُّسُلُ فَضَّلْنا بَعْضَهُمْ عَلى بَعْضٍ» “ (Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. ” (Bəqərə surəsi 253-cü ayə) “QƏLBİM TƏMİZDIR DEYƏNLƏR”Ə QƏLBIN TƏMIZLIYI KIFAYƏT EDİRMİ? Qəlbim təmizdir deyənlər üçün   Yaşadığımız cəmiyyətdə insanlara nəzər salıb görürük ki, əksər insanlar danışarkən əsas insanın qəlbidir, qəlbin təmiz olsun – sözündən çox istifadə edirlər. Maraqlı budur ki, görəsən bu qəlb təmizliyi nədir? Quranda bildirilən qəlb təmizliyi ilə cəmiyyətdə tez-tez işlədilən “ qəlbin təmiz olsun ” cümləsi arasında böyük fərq var. İnsanın “qəlbim təmizdir, heç kimlə işim yoxdur, kiməsə pislik etmirəm, hərdən sədəqə də verirəm, Allahın yolundayam “ – deməsi özünü aldatmaqdan başqa bir şey deyil. Olsun ki, insan bəzən sədəqə verib ya heyvanlara yem verməklə və ya qonşularla deyib-gülməklə cəmiyyətdə yaxşı insan kimi tanına bilər, amma cəhənnəmdən xilas olmanın, Allah razılığını qazanmanın yolu heç də yaxşı insan kimi tanınmaq deyil. Quranın təsvir etdiyi şəkildə mömin olmaqdır. Allah “ Bəqərə ” surəsi ayə 177 də buyurur :Yaxşı əməl heç də üzünü gün çıxana və gün batana çevirməkdən ibarət deyil, yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, mələklərə, kitaba və Peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohuma, yetimlərə, yoxsullara, müsafir və dilənçilərə sərf edən, namaz qılıb zəkat verən kimsələrdir. Görəsən, insan Allahın insan üçün nazil etdiyi Qurana riayət edirmi ki, deyir qəlbim təmizdir? Görəsən insanın dediyi “ qəlbin təmiz olsun kəlməsi “ düzgündür, yoxsa Allahın nazil etdiyi ayə? Məgər insanı Allah yaratmayıbmı? Əgər qəlbdən söhbət gedirsə, o qəlbi yaradan Allah deyir ki, qəlblər Allahı zikr etməklə aram və təmiz olar, amma qəlbi dünya ilə məşğul olan insanın utanmadan qəlbim təmizdir deməsinə nə ad vermək olar? İnsanın şərab içmirəm, qumar oynamıram, kimsəyə söz atıb namusuna toxunmuram və ya yalan, qeybət və zinadan uzağam deməsi onun qəlbini heç də təmiz etməz. Qumar oynamırsan çox gözəl, oynasan sən müflisləşərsən, Allahın xəzinəsindən zərrəcə azalmaz. Kimsəyə söz atıb yalan və qeybət etmədiyini iddia edirsənsə, əgər etsən sən özün hörmətdən düşəcəksən, Allah düşməz. Zina etsən bir çox (GİDS və s. kimi ) xəstəliklərə sən tutulacaqsan. Şərab içmirsən lap əla təhlükəsizliyin qorunar, namusa sataşmırsansa, Peyğəmbər demişkən əsil kişisən. Bütün bunları edib və etməməyinin Allaha nə xeyri və nə ziyanı var ki, deyirsən qəlbim təmizdir. Dünya kitablarından nələr bilən, nə qədər şer, dastan, romantik, dedektiv və s. kitablar oxuyan insan, bir nağıl və ya bir əlifba kitabı qədər də Qurana hörmət qoymayan, soruşsan bir ayə belə öz İlahi kitabından bilməyən , bir sözlə Allahı unudub öz başına yaşayan insan deyir ki, əsas qəlbdir, qəlbin təmiz olsun. Çox gülünc eyni zamanda da ağlamalıdır. Əli (ə. s) əziz övladı İmam Həsənə buyurur: “ Ey övladım! Sənə Allahdan qorxmağı, Onun əmrlərinə itaət etməyi, Onu zikr etməklə qəlbini abad etməyi tövsiyə edirəm “. ( Nəhcül-Bəlağə, məktub 31 )   Sonda demək istərdim ki ,insan həyatda kimdənsə nümunə, örnək və ya təlim götürməsə, yaşaya bilməz, şübhələr qarşısında diz çökməli olar. Əgər dünya tarixinə bir an səyahət edib, əziz Nübuvvət və İmamətimizin həyatlarına nəzər salsaq o zaman qəlbimizin nə qədər təmiz olduğunu görərik. Görərik ki, O şəxsiyyətlər dünyadan başqa hər şeyə sahib idilər. Amma bizimsə sahib olduqlarımız, dünya malından, yaraşıqlı geyimlərdən, dadlı yeməklər, bahalı minik və hündür mərtəbəli evlərə sahib olmaqdan başqa bir şey deyil. Əgər qəlblər Allahı, Nübuvvəti və İmaməti görmürsə demək, o qəlblər təmiz deyil, o qəlblər dünya adlı bir xəstəliyə tutulmuşdur.   İlahi pərvərdigarə! Bizim qəlblərimizi saleh əməllərimizin vasitəsilə təmiz et və günahlarımızı əfv et. http://sualcavab.ge


more post like this