İmam Əlinin (ə) şəhadət anında canı bədənindən çıxanadək təkrar etdiyi cümlə nə idi?

1.”La ilahə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur).

Kərbəla hadisəsində imam Baqir (ə) neçə yaşında idi?

2. Dörd yaşında idi.

Hansı imamın daha çox övladı olub?

İmam Musa Kazımın daha çox övladı olmuşdur. Onun (ə) 18 oğlu, 19 qızı var idi.

Neçə İmamın anasının adı Fatimə idi?

Dörd İmamın anasının adı atimə olmuşdur. İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Baqir (ə).

Həzrət Əlinin (ə) qəbrini kim qazmışdır?

Həzrət Əlinin qəbrini Həzrət Nuh (ə) qazmışdır.

Həzrət Məhəmməd (s) hansı imamları “ərşin sırğaları” kimi tanıtmışdır?

İmam Həsənlə (ə) İmam Hüseyn (ə) Peyğəmbərimiz “ərşin sırğaları” adlandırmışdır

Hansı imam 6 aylıq dünyaya gəlmişdir?

İmam Hüseyn (ə) 6 aylıq dünyaya gəlmişdir.

Hansı imamın qızı olmamışdır?

İmam Həsən Əskərini (ə) tək bir oğlu olmuşdur.

“Zülfiqar” qılıncı həzrət Əliyə (ə) kim hədiyyə etmişdir?

“Zülfüqar” qılıncı Allahın imam Əliyə (ə) hədiyyəsidir.

Həzrət Əlinin (ə) Peyğəmbərin (s) yerində yatdığı gecəni necə adlandırırlar?

Həzrət Əlinin (ə) Peyğəmbərin canını qorumaq üçün onun yerində yatdığı gecəni “Leylət- ül- Məbit” adlandırırlar.

Cənnəti qismlərə bölən kimdir?

Həzrət Əli (ə)

Allah- Taala aləmləri kimlərə xatir yaratmışdır?

Allah Taala aləmləri beş nəfərə, “Ali əba” ya xatir yaratmışdır.

Bayram paltarı imam tərəfindən cənnətdən gətirilmişdir. O imamlar hansılardır?

İmam Həsənlə (ə) İmam Hüseynin (ə) bayram paltarı uşaqlarında cənnətdən gətirilmişdir.

Həzrət Zəhranın (ə) nikah mərasimi harada təşkil olunmuşdur?

Həzrət Fatimənin (ə) nikah mərasimi məsciddə olmuşdur.

Hansı imam xalq arasında Quran qiraəti üzrə ən gözəl və məlahətli səsə sahib idi?

İmam Zaeynal Abidin (ə).

Cəbrayıl həzrət Məhəmmədə (s) necə nazil olmuşdur?

24000 dəfə Cəbrayıl həzrət Məhəmmədə (s) nazil omuşdur.

İki şeyi həzrət Məhəmməd (s) ümməti üçün yadigar qoyub. Onlar nədir?

Quran və İtrət (Əhli- beyt).

Məhəmməd Peyğəmbərin (s) təvəllüdü, vəfatı, Peyğəmbərliyə seçildiyi gün və hicrəti həftənin neçənci günü baş vermişdir?

Bazar ertəsi günü.

Fatimə Zəhra (s) hansı döyüşdə cəbhəyə gəlir və Peyğəmbərə bir miqdar çörək gətirir?

“Ühüd” döyüşündə.

Həzrət Məhdi (ə.c.) neçə yaşında imamlıq məqamına çatır?

20- 25 yaşında

İmam Səccad (ə) hansı imamın yeznəsi idi?

İmam Səccad (ə) İmam Həsənin yeznəsi idi.

tvshia.com


more post like this