Həzrət Məhəmməd (s) buyurmuşdur:

200. (Merac gecəsi Behiştin qapılarında gördüyü yazıları bəyan edərkən) «Kim yer altındakı həşaratlara yem olmaq istəmirsə‚ məscidləri təmiz saxlasın.»

201. (Əliyə (ə) müraciətlə) Ey Əli (ə)! Behişt hurilərinin mehriyyəsini ödə. Yol üzərindəki (həmçinin məscidin yolu üzərindəki) maneələri aradan qaldırmaq və məscidin toz-torpağını təmizləmək Behişt hurilərinin mehriyyəsidir.

202. Məscidlər inşa edin və onun toz-torpağını təmizləyin… Bu, Behişt hurilərinin mehriyyəsidir.

203. İmam Əli (ə): «Allahın Rəsulu (s) məscidlərin tikilməsinə‚ səliqə-sahmanlı‚ xoş ətirli və təmiz saxlanmasını əmr edərək‚ onun hər bir qapısının kənarında dəstəmazxana tikilməsinə göstəriş verdi.»

Həzrət Məhəmməd (s) buyurmuşdur:

204. Hər cümə axşamı və cümə günü məscidi təmizləyən və insanların gözünə dolan toz-torpağı silib-süpürən şəxsin günahları Allah-Təala tərəfindən bağışlanar.

205. Kim məscidi təmizləyərsə‚ Allah-Təala ona bir qulu azad etməyin savabını yazar. Hər kim insanın gözünə düşüb‚ onu incidə bilən kicik bir çöpü məsciddən təmizləyərsə‚ Allah-Təala ona öz mərhəmətini ikiqat bəxş edər.

206. Allah-Təala insanlara əziyyət verə bilən hər hansı bir şeyi məsciddən kənara atan şəxsə Behiştdə ev bağışlayar.

207. Məscidin toz-torpağını təmizləyənlər‚ sanki Behiştdə yasəmən gülü əkirlər.

208. Ümmətimin yaxşı əməllərinə veriləcək savablar‚ hətta məscidin toz-torpağını təmizləyən şəxsin savabı da‚ mənə bəyan olunubdur.

209. Məscidin təmizlik işləri ilə məşğul olan qaradərili kişi (ya da qadın) dünyadan getdi. Peyğəmbər (s) (bir neçə gün onlara görmədiyi üçün) harada olduqlarını soruşdu. Dedilər: «Onlar vəfat edib». Həzrət buyurdu (s): «Nə üçün bu haqda mənə xəbər vermədiniz? Onun qəbrini mənə göstərin.»

Sonra xidmətçinin qəbri üzərinə gedib‚ orada namaz qıldı.

210. İmam Sadiq (ə): «Behişt və hurilər məscidi süpürən və onun toz-torpağını təmizləyən şəxsin həsrətindədir.»

 

 

 

Məscid kitabından….

 

 

 

 


more post like this