Həzrət Məhəmməd (s) buyurmuşdur:
196. Kim Tanrı məscidlərindən birində çıraq yandırsa‚ nə qədər ki, onun işığı məscidi nura boyayır‚ mələklər və ərşi daşıyanlar onun bağışlanmağı üçün dua edər.
197. Kim məsciddə çıraq yandırsa‚ onun işığı məscidi nura boyayana qədər‚ yetmiş min mələk ona salam (salavat) göndərər.
198. Kim gecə vaxtı məscidə çıraq gətirib‚ Allahın evini nura boyasa‚ Tanrı onun yetmiş illik günahlarını əfv edər‚ ona bir il ibadətin savabını bağışlayar və (Behiştdə) ona bir şəhər əta edər. Əğər başqa bir gecə də bu işi təkrar etsə‚ artırdığı hər gecənin müqabilində bir peyğəmbərin savabını qazanar. On gecə beləcə davam etsə‚ onun Allah dərgahında qazandığı savabı‚ heç kim vəsf edə (sayıb-qurtara) bilməz. Əgər bir ay məscidi işıqlandırsa‚ Allah-Təala cəhənnəm atəşini onun bədəninə haram edər.
199. Əbu Hinddən nəql edilir: «Təmim Şamdan Mədinəyə çox sayda çıraq və yağ gətirdi. O‚ cümə günü Mədinəyə çatdı. Əbül-bərrad adlı xidmətçisinə‚ çıraqları məsciddə asıb‚ onlara yağ və su tökməsini əmr etdi. Günəş qurub etdikdə isə onları yandırdı. Allahın Rəsulu (s) məscidə gəlib‚ bu mənzərəni müşahidə etdikdə‚ buyurdu: «Bunları kim belə edib?» Dedilər: Təmim. Həzrət (s) buyurdu: «İslamı nurlandırdın‚ Allah-Təala səni dünya və Axirətdə nura boyasın!»

 

Məscid kitabından….

 

 

 


more post like this