Qurani-kərim: «Allahın məscidlərini, yalnız Allaha və Qiyamət gününə iman gətirən‚ namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yola yetişənlərdən ola bilərlər!»

Həzrət Məhəmməd (s) buyurmuşdur:

22. Kim‚ (xırda) daşla yemlənən quşun yuvası ölçüsündə belə olsa‚ məscid inşa etdirsə‚ Allah ona Behiştdə ev hazırlayacaqdır.

23. kim Allah yolunda bir məscid tikdirsə‚ Allah da‚ Behiştdə ona belə bir ev bina edəcəkdir.

24. Kim Allah yolunda bir məscid inşa etdirsə‚ Allah onun üçün Behiştdə ondan daha geniş bir ev əta edəcəkdir.

25. Kim Allah yolunda halal qazancla‚ Tanrıya ibadət olunmaq üçün bir bina (məscid) tikdirsə‚ Allah-Təala da‚ ona Behiştdə mirvari və yaqutdan tikilmiş bir ev verər.

26. (Merac gecəsi Behişt darvazalarına yazılmış yazılardan birində gördüm ki‚) «Kim qəbir evinin geniş və rahat olmasını istəyirsə‚ məscid tiksin!»

27. Ölümündən sonra möminə (savabı) çatacaq xeyir əməllərindən öyrənib öyrətdiyi elm, … və tikdiyi məsciddir.

28. Beş insan qəbir evində rahat‚ asudə olar və əməlinin savabını ardıcıl olaraq alar… və (bunlardan biri də) məscid inşa etdirən şəxsdir.

29. Tanrı evini abab edən şəxslər Allahın ailəsi sayılır.

30. Allah-Təala Qiyamət günü buyurar: «Mənim qonşularım haradadır?» Mələklər soruşarlar: «Kim sənin qonşun olmağa layiqdir?» Allah-Təala buyurar: «Məscidimi abadlaşdıran şəxslər.»

 

 

Məscid kitabından….

 

 

 

 


more post like this