6. İmam Sadiq (ə): «Elə bir məscid yoxdur ki‚ Peyğəmbərin (s) qəbri və ya onun qətlə yetirilmiş canişininin qanı üzərində qurulmamış olsun. Allah-Təala belə məkanda ibadət olunmağı sevir. Buna görə də‚ orada həm vacib‚ həm də müstəhəbb namaz qıl və həmçinin (orada) qəza namazlarını da yerinə yetir.»

MƏSCID HƏR PƏHRIZKAR INSANIN SARAYIDIR

Həzrət Məhəmməd (s) buyurmuşdur:

7. Məscid hər təqvalı insanın sarayıdır.

8. Məscid hər bir möminin evidir.

MƏSCIDLƏR ƏN DƏYƏRLI MƏKANLARDIR

Həzrət Məhəmməd (s) buyurmuşdur:

9. Cəbrayıl (ə) nəql edir: «Allah-Təala buyurdu: «Məscidlər ən dəyərli məkanlardır.»

10. Allah-Təalanın yanında ən sevimli yerlər məscidlərdir.

11. Yer üzərindəki ən dəyərli məkanlar dörddür: Kəbə‚ Beytül-müqəddəs‚ Quran oxunan ev və məscidlər.

12. İmam Sadiq (ə): «Allah-Təala yer üzündəki altı məkanı seçmişdir: Beytullahül-həram (Kəbə)‚ hərəm‚ peyğəmbərlərin məzarları‚ (onların) canişinlərinin qəbirləri‚ şəhidlərin qətlgahları və Tanrıya ibadət olunan məscidlər.»

MƏSCIDLƏR BEHIŞT BAĞLARIDIR

13. Rəsulallah (s): Məscidlər Behişt bağlarıdır.

14. Allahın Rəsulu (s) buyurdu: «Behişt bağlarına yolunuz düşdükdə orada gəzin». Soruşdum: «Ey Allahın Rəsulu (s)! «Behişt bağları»ndan məqsəd nədir?» Buyurdu: «Məscidlər.» Dedim: «Ey Allahın Rəsulu (s)! «Gəzmək»dən məqsəd nədir?» Buyurdu: «Subhənəllah vəl-həmdulilləh və lə ilahə illəl-lah vəllahu əkbər (soyləmək).»

 

 

 

 

Məscid kitabından….

 

 

 

 

 

 

 


more post like this