279. İmam Əli (ə): «Peyğəmbər (s) məscidə tüpürməyi qadagan etdi.»

Məhəmməd peyğəmbər (s) buyurmuşdur:

280. Ümmətimin yaxşı və pis əməlləri mənə göstərildi. Ümmətimin saleh əməlləri arasında‚ yol üzərindəki (gediş-gəlişə çətinlik törədən) maneələri aradan qaldırmağı, bəd əməlləri arasında isə məscidə tüpürməyi gördüm.

281. Məscidə tüpürmək yanlış hərəkətdir. Kəffarəsi isə tüpürcəyi təmizləməkdir.

282. Kim məscidə tüpürərsə‚ onu təmizləməlidir! Onun kiminsə bədəninə və ya paltarına toxunaraq‚ əziyyət verməsinə‚ yol verilməməlidir.

283. Abdullah ibn Ömərdən belə rəvayət olunur: «Allahın Rəsulu (s) məsciddə namaz qılırdı. O həzrət (s) qiblə tərəfdə (yerə) tüpürcək atıldığını gördü. Peyğəmbər (s) namazını qılıb‚ qurtardıqdan sonra buyurdu: «Sizlərin hər biri namaz qılarkən öz Tanrınızla minacat edir və Allah-Təala da sizə doğru üz çevirir. Deməli‚ qibləyə sarı və onun ətrafına ağız suyu atmaq olmaz!»

Peyğəmbər (s) bir çubuq alıb‚ oradakı tüpürcəyi təmizlədi. Sonra isə ətirli maye ilə oranı yudu.»

Məhəmməd peyğəmbər (s) buyurmuşdur:

284. Bəndə məscidə tüpürdükdə‚ məscidin sütunları‚ dərinin od üzərində gərildiyi kimi gərilib‚ lərzəyə gələr. Amma onu udsa (və yaxud gizlətsə)‚ Allah-Təala yetmiş iki xəstəliyi ondan uzaqlaşdırar və ona iki milyon savab yazar.

285. Məscidə tüpürüldükdə, oranın sütunları‚ dərinin od üzərində gərildiyi kimi, gərilib‚ lərzəyə gələr.

286. Kim məscidə hörmət etmək məqsədilə (oraya tüpürməyib) ağzının suyunu udsa (gizlətsə)‚ bu onun saglamlığına və xəstəliklərdən amanda qalmasına səbəb olar.

287. İmam Əli (ə): «Kim məscidə ehtiram qoymaq və hörmət göstərmək məqsədilə oraya tüpürməsə‚ Qiyamət günü Allahın hüzuruna əməl dəftəri sağ əlinə verildiyi halda‚ sevinc içərisində gedər. Şallaq altında hansı hissləri keçirirsinizsə‚ məscid də‚ oraya tüpürüldükdə sanki belə hisslər kecirir.»

288. İmam Sadiq (ə): «Kim məsciddə burun və ağız suyunu boşaltmaq əvəzinə onu udsa (və yaxud gizlətsə)‚ xəstəliyə düçar olmaz. Allah (məscidə hörmət edib‚ oraya tüpürmədiyi üçün) ona şəfa verər.»

 

 

 

Məscid kitabından….

 

 

 

 


more post like this