islamic mənbələri

    1. home

    2. article

    3. MƏSCIDƏ DAXIL OLARKƏN VƏ ORADAN ÇIXARKƏN DUA ETMƏK

    MƏSCIDƏ DAXIL OLARKƏN VƏ ORADAN ÇIXARKƏN DUA ETMƏK

    MƏSCIDƏ DAXIL OLARKƏN VƏ ORADAN ÇIXARKƏN DUA ETMƏK
    2 (40%) 1 vote

    225. Həzrət Məhəmməd (s): Sizlərdən hər biri məscidə daxil olduqda Peygəmbərə (s) salam verib‚ bu duanı oxusun: «İlahi! Rəhmət qapılarını mənim üzümə aç.» Məsciddən çıxdıqda isə belə deyin: «İlahi! Mənə öz fəzl və kərəmindən mərhəmət əta et.»

    226. Fatimei-Zəhra: «Allahın Rəsulu (s) məscidə daxil olduqda buyurardı: «Allahın adı ilə və Tanrı elçisinə (s) salam olsun! İlahi! Günahlarımı bağışla və rəhmət qapılarını mənim üzümə aç.» Məsciddən çıxarkən də‚ buyurardı: «İlahi! Günahlarımı bağışla və fəzilət, kərəm qapılarını üzümə aç.»

    Həzrət Məhəmməd (s):

    227. Məscidə daxil olduqda Peygəmbərə (s) salam verib‚ bu duanı oxuyun: «İlahi! Rəhmət qapılarını üzümə aç.» Oranı tərk etdikdə isə belə deyin: «İlahi! (Tanrı dərgahından) qovulmuş Şeytanın şərrindən mənə pənah ver.»

    228. Məscidə daxil olduqda Peygəmbərə (s) salam verib‚ bu duanı oxuyun: «İlahi! (Tanrı dərgahından) qovulmuş Şeytanın şərrindən mənə pənah ver.»

    229. Sizlərdən hər biri vacib namazınızı qıldıqdan sonra məscidi tərk edərkən qapının kənarında dayanıb‚ belə dua etsin: «İlahi! Məni dəvət etdin, mən də gəldim və vacib namazını əda etdim. Əmr etdiyin kimi (başqa lazım olan işlərlə məşğul olmaq üçün) gedirəm. İndi də sənin fəzl və kərəminə sığınıb‚ (əmrlərinə) itaət etmək və razı olmadığın işlərdən çəkinmək istəyirəm. Rəhmətinə pənah aparıb‚ ruzimi Səndən istəyirəm.

    230. (İmam Əlinin (ə) məscidə necə daxil olması barəsində) O‚ məscidə daxil olduqda‚ buyurardı: «Allahın adı ilə. Ondan imdad diləyirəm. Ey Peyğəmbər! Allahın salamı və xeyir-bərəkəti sənin üçün olsun! Bizə və Allahın dəyərli bəndələrinə salam olsun!»

    231. Rəvayət olunur ki, dəstəmaz alarkən imam Həsənin (ə) üzünün rəngi qaçardı. Bunun səbəbini soruşduqda‚ belə buyurardu: «Axı əzəmətli Hökmdarın qarşısında dayanmağa hazırlaşıram.»

    O‚ hər zaman məscidin qapısına yetişdikdə‚ başını qaldırıb: «İlahi! Kölən dərgahına üz gətirib. Ey gözəl əməl sahibi! Bu pis əməlli bəndən hüzuruna gəlib. Bir halda ki‚ bizim yaxşılarımıza pislərimizi bağışlamaq əmri vermisən. İndi Sən yaxşıliq edən‚ amma mən pis əməl sahibiyəm. Öz gözəlliyinlə mənim pisliyimi bağışla. Ey bağışlayan!» buyurar, sonra da məscidə girərdi.

    İmam Sadiq (ə) buyurmuşdur:

    232. Məscidə daxil olduqda Allaha şükür et və Ona həmd-səna oxu.

    233. Məscidə daxil olduqda və oradan xaric olduqda‚ Peyğəmbərə (s) salavat göndər.

    234. Kim evində gözəl şəkildə dəstəmaz alıb, saçlarını darayıb‚ özünü ətirləyib sonra da evindən sakit və vüqarla çıxaraq camaat namazında iştirak etmək üçün məscidə gedərsə‚ atdığı hər addıma görə bir savab qazanar, bir günahı bağışlanar və məqamı bir dərəcə yüksələr.

    Məscidə girdikdə bu duanı oxu: «Allahın adı ilə. Allahdan yardım diləyirəm‚ Rəsulallahın dininə‚ Allahdan və Ona doğruyam. Tanrının istədiyi kimi olsun. Allahdan başqa qüdrət sahibi yoxdur! İlahi! Rəhmət və əfv qapılarını üzümüzə aç‚ qəzəb və hiddət qapılarını üzümüzə bağla. İlahi! Rahatlıq və asudəlik Səndən gələr. İlahi! Gecə-gündüzüm Səninlədir. Sənin mərhəmət və razılığına görə‚ (və həmçinin) narazı olduğun işlərdən çəkinmək üçün qarşında diz çökürəm. İlahi! Səndən rahatlıq və asudəlik istəyirəm.»

    Sonra yenə belə de: «İlahi! Mən, Məhəmməd (s) və Əlinin (ə) vasitəsi ilə dərgahına gəlmişəm. Məni bu iki şəxsin vasitəsi ilə hüzuruna gələn‚ ən heysiyyətli insanlardan qərar ver. Onların vasitəçiliyi ilə Sənə daha yaxın olan kəslərdən et. Bu iki şəxsə xatir məni Özünə yaxınlaşdır və əsla Özündən uzaqlaşdırma. Amin! Ey aləmlərin Rəbbi.»

    Sonra camaatın imamı ilə birlikdə namaza başla. İmam, namazı qurtarmamışdan öncə Allah onu bağışlamış və Behişti ona vacib etmişdır.

    235. Səmaədən nəql olunur: «Fatimeyi-Zəhra (səlamullahi əleyha) buyurub: «Məscidə daxil olduğun zaman de: «Allahın adı ilə. Allahın elçisinə salam olsun! Həqiqətən də‚ Allah-Təala və mələkləri‚ Məhəmmədə (s) və Onun ailəsinə salam göndərirlər. Allahın salamı və xeyir-bərəkəti onlara şamil olsun! İlahi! Günahlarımı bağışla və rəhmət qapılarını mənim üzümə aç.» Məsciddən çıxarkən də‚ elə bu duanı oxu.

     

     

     

    Məscid kitabından….