Cavab: Məryəmin anası heç vaxt belə bir nəzir etməmişdir. O, nəzir etmişdi ki, əgər Allah ona bir övlad əta etsə, onu Beytül-müqəddəsə xidmətçi verəcək. Qadın qərara gəlmişdi ki, övladını ata-anaya xidmətdən azad edib, məsciddə xidmətə göndərsin.

Qurani-kərimdə bu əhvalat belə nəql olunur: “İmranın zövcəsinin belə dediyini xatırla: “Ey Rəbbim, bətnimdəkini sənə xidmətçi olmaq üçün nəzir edirəm. Məndən qəbul et. Əlbəttə, Sən eşidən və bilənsən.” Təfsirçilər bildirirlər ki, ayədə “məbəd xidmətçisi” sözü işlədilmişdir. Əslində məbədə xidmətçi verilən insanlar digər vəzifələrdən, eləcə də, ata-anaya xidmətdən azad olunurdular.

Demək, Məryəmin rahib yox, məscidə xidmətçi verilməsi nəzir edilmişdi. Röhbaniyyət, rahiblik tərki-dünyalıq deməkdir və bu yolu seçən insanlar ailə qurmaqdan və digər ictimai vəzifələrdən kənarlaşırlar. Belə bir hərəkət isə yaranış qanunlarına ziddir və heç bir dində bu işə icazə verilmir.

sualcavab.ge

 

 


more post like this