Allahın Peyğəmbəri (s): «Cəbrayıl (ə) mənim yanına gəlib dedi: Ey Məhəmməd! Dişlərinə misvak vurmadığınız, su ilə təharət etmədiyiniz və pis barmaqlarınızı yumadığınız halda, mələk necə yanına gəlsin?»
İmam Baqir (ə): «Cəbrayıl dedi: Ey Allahın Peyğəmbəri! Biz orada insan təsviri olan otağa, sidik olan yerə və itin olduğu evə girmərik.»

Mələklərin sifətləri

İmam Əli (ə) (Mələkləri vəsf edərkən): «Onlar yaradılmışlardan Səni ən çox tanıyanı, Səndən ən çox qorxanı və Sənə ən yaxın olanlarıdır. Nə (kişilərin) bellərdə, nə də uşaqlıqlarda olmayıb, murdar sudan yaradılmayıb, ruzigarın hadisələrindən pərişan olmayıblar. Onlar Sənin yanındakı məqam və mənzillərinə, bütün vücudları Sənə eşq olmalarına, Sənə ibadətlərinin çoxluğuna, Sənin işlərindən qəflətlərinin azlığına baxmayaraq Sənin onlardan gizlin olan həqiqətlərini və zatını görsələr, şübhəsiz öz əməllərini kiçik sayarlar.»
İmam Sadiq (ə): «Mələklər nə yeyir, nə içir və nə də evlənirlər. Onlar ərşin yeli ilə yaşayırlar.»

http://sualcavab.ge/


more post like this