8.12 MƏSCIDI KEÇID YOLU ETMƏK

252. Məhəmməd peyğəmbər (s): «Məscidlərdən, yalnız namaz qılmaq və zikr oxumaq üçün keçin.»

253. Rəsulallah (s): «Məscidlərdən ancaq orada iki rəkət namaz qıldığınız təqdirdə keçin.»

254. Rəvayət olunub ki‚ (məscid haqqında olan zülmlərdən biri də) iki rəkət namaz qılmadan məsciddən keçib-getməkdir.

255. Məhəmməd peyğəmbər (s): «Bir kəsin məsciddən keçib (amma) orada namaz qılmaması, Qiyamət gününün nişanələrindən biridir.»

256. Rəsulallah (s): «Qiyamət gününün yaxınlaşmasının nişanələrindən biri də budur: insanlar… Quranı (haram) nəğmə ilə oxuyar‚ vəhşi heyvanların dərilərindən geyim hazırlayar və məscidləri keçid yolu (kimi istifadə) edərlər.»

 

 

 

Məscid kitabından….

 

 

 

 

 


more post like this