islamic mənbələri

    1. home

    2. article

    3. MƏCIDDƏ HARAM OLAN ƏMƏLLƏR

    MƏCIDDƏ HARAM OLAN ƏMƏLLƏR

    MƏCIDDƏ HARAM OLAN ƏMƏLLƏR
    Rate this post

    8.24 MƏSCIDI MURDARLAMAQ

    308. Məhəmməd peyğəmbər (s): «Məscidlərinizi hər cür natəmizlikdən uzaq saxlayın.»

    309. Rəsulallah (s): «Agah olun! Məscidlər nəcis və murdara uyğun deyil! Məscidlər, yalnız Allahı yada salmaq‚ namaz qılmaq və Quran oxumaq üçündür.»

    8.25 CƏNABƏTLI VƏ HEYZLI ŞƏXSİN MƏSCIDDƏ DAYANMASI

    Qurani-kərim: «Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cünub olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerlərə) yaxınlaşmayın!»

    310. İmam Əli (ə): («Yol ötən müsafirlər müstəsnadır» ayəsini şərh edərkən) Məqsəd budur ki, cənabətli şəxs məsciddən keçib-gedə bilər‚ amma orada otura bilməz.»

    311. İmam Baqir (ə): «(Həmin ayənin şərhi zamanı) Məqsəd budur ki, cənabətli olan halda namaz qılınan yerlərə (məscid), yalnız keçib-getmək surətilə daxil olun.»

    312. Zürarə və Məhəmməd ibn Müslim belə rəvayət edir: «İmam Baqirə (ə) dedim: «Heyzli və cənabətli şəxs məscidə daxil ola bilərmi?» Buyurdu (ə): «Heyzli və cənabətli şəxs‚ keçib-getmək məqsədi istisna olmaqla‚ başqa heç bir niyyətlə məscidə daxil ola bilməz! Allah-Təala buyurur: «Cünub olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerlərə) yaxınlaşmayın!»

    313. Məhəmməd peyğəmbər (s): «Heç bir cənabətli və heyzli şəxsə məscidə daxil olmaq olmaz!»

    314. Rəsulallah (s): «Allah-Təala mənim üçün üç xüsusiyyəti bəyənilməmiş saydı. Mən də‚ övladlarımın arasında olacaq özümdən sonrakı canişinlərimə və onların ardıcıllarına bu xüsusiyyətləri bəyənilməmiş sayıram … (onlardan biri də) məscidə cənabətli halda daxil olmaqdır.»

    315. İmam Baqir (ə): Cənabətli və heyzli şəxs … keçib-getmək məqsədilə məscidə daxil ola bilər, lakin orada otura bilməz! İki daha əzəmətli‚ hörmətli məscidlərə yaxınlaşmamalıdır.»

    316. İmam Baqir (ə): «Kim Məscidül-həramda və ya Məscidün-Nəbidə yatarsa və yuxuda ikən boynuna cənabət qüslü gələrsə‚ təyəmmüm etməlidir. O‚ məscidi tərk edərək qüsl almadan‚ orada təyəmmümsüz hərəkət edə bilməz. Heyzli qadın da belə etməlidir. Başqa məscidlərdə isə orada oturmadan kecib gedə bilərlər.»

    317. İmam Sadiq (ə): «Boynunda cənabət qüslü olan şəxs‚ bütün məscidlərdən (orada oturmamaq şərtilə) keçib-gedə bilər. Lakin Məscidül-həram və Məscidün-Nəbidə buna icazə verilmir.»

     

     

     

    Məscid kitabından….