Ləzzətini eşqinin, mən tək ürəkdən sevən aşiqi-nalan bilər,

Təkcə o Məcnundu ki, hicrdə ləzzət duyar, vəsli də hicran bilər.

Olmamısan dağçapan hicranın şirinliyin dadmamısansa hələ,

Naz ilə kim bəslənər bağrıqan insanların möhnətin hardan bilər?

Şirinin şirinliyi, izzəti, ülviyyəti Xosrova çatmaz əli,

Ondakı ülviyyəti, izzəti Fərhad özü çəkdiyi ahdan bilər.

Dəhrdə Yusif gərə, taki Züleyxa quran hər tora aldanmaya,

Yoxsa necə Ay, Günəş hüsnü önündə onun özlərin heyran bilər.

Dəryada kim qərq olar, gördüyü ancaq sudur, cuşa gələn dalğadır

Eşq çölündə gəzən, qup-quru sahilləri bağü-gülüstan bilər.

Cilvəsinin əvvəli, axırı yoxdur mənim sevgili cananımın,

Necə, nə çün bilməyən eşqimiz əvvəl nədir, həm də nə payan bilər.

 

 

İmam Xomeyninin arifanə şerlərindən tərcümələr Kitabından…

 

 

 

 

 


more post like this