M. Azəri
Peyğəmbərliyə çatdıqdan 13 il sonra, Rəbi ayının birinci cümə axşamında, Allahin Rəsulu həzrət Mühəmməd (s) gecə ikən Məkkəni tərk elədi. Dini, tarixi və elmi mənbələrdə bu gecə “Ləylətul – məbit” adlandırılmışdır.
“Ləyl”
” وَمِنْ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاةِ اللَّهِ وَاللَّهَُ رَءُوفٌ بِالْعِبَادِ- بقره 207 “
(yaxud “ləylət”) ərəb dilində “gecə”, “məbit” isə “yatmaq”, “yerləşmək”, “sakin olmaq” dəməkdir.
Əbu Talib dərəsində müsəlmanları 2 il iqtisadi mühasirədə saxlayıb, cəmiyyətdən təcrid etməkdən müsbət nəticə almayan Məkkə müşrikləri hansı yolla olursa olsun
” İnsanlar arasında eləsi də vardır ki, Allah rizası üçün öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! [Qurani Kərim: Bəqərə- 207] “
Mühəmməd (s) peyğəmbəri aradan göturmək qərarına gəldilər.

Bu məqsədlə şəhərdə yaşayan tayfalardan bir nümayəndə olmaq şərtilə qırx nəfərdən ibarət silahlı dəstə, Peyğəmbər (s) həzrətlərinə qarşı planlaşmış suiqəsdi həyata keçirməli idi. (Şeytanın təlimatı
” وَجَعَلْنَا مِن بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لاَ يُبْصِرُونَ – يس 9 “
ilə hazırlanan) Plana əsasən hamı birlikdə gecə yarı, Rəsulullah (s) yuxuda olarkən O həzrətin yatağına hücum edib hərə bir xəncər yarası vurmaqla Onu qətlə yetirməli idilər.

O qecə müşrikləri yayındırmaq məqsədilə həzrət Cəbrailin vasitəsilə macəradan agah olmuş Rəsulullahın (s) yatağında o Həzrətin əmisi Əbu Talibin oğlu Əli (ə) yatmışdı.
” Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mə’nən kordurlar).[Qurani Kərim: Ya, Sin- 9] “
[Səələbi təfsiri] Məhz bu səbəbdən həmin gecəyə “Ləylətul – məbit” deyilir.

Bəzi mənbələrə* əsasən Bəqərə surəsinin 207 – çi ayəsi, bu tarixi hadisəyə işarədir.
Rəvayətdə var ki, Həzrət Rəsul Əkrəm (s) Məkkəni tərk edərkən “Yasin” surəsinin 9-cu ayəsini oxuyurdu.

* Ehya-ul – Ulum, Qəzzali
* Təfsiri Fəxri Razi

http://www.islamtimes.org


more post like this