Cavab: Körpənin ana döşündən və ya əmzikdən ayrılması onun öz müstəqillik yolunda atdığı ilk addımdır. Süddən ayrılmamış uşaq başqalarına bilavasitə möhtacdır. O, ayağa qalxıb özünə qida tapmaq imkanında deyil. Ona süd verilməsə məhv olar. Uşaq böyüdükcə ətrafdakı əşyalara əl gəzdirərək, öz bacarığını nümayiş etdirir. Süddən ayrılmaq körpə üçün ən böyük azadlıqdır. Unutmamalıyıq ki, körpənin bacardığı yeganə iş əmməkdir. Bu ehtiyac ödənmədiyi vaxt o əsəbləşir, ağlayır. Süddən ayrılmaq uşaq üçün ruhi zərbə də ola bilər. Südəmər körpəyə fincandan süd içirərkən onun əmmək həvəsi ödənməmiş qala bilər. Körpəni o zaman süddən ayırmaq olar ki, o, əmməklə rahatlandığı kimi, fincandan süd içməklə də rahatlana bilsin. NUR-AZ.COM


more post like this