Əlbəttə ki! Ata körpəsinə qulluq etməli və bu işə hələ doğuşdan əvvəl başlamalıdır. Mən öz yoldaşına kömək edən, onu bir çox işlərdə əvəz edən kişiləri çox görmüşəm. Belə atalar öz körpəsinə daha yaxın olur. Valideynlərin həmfikirliyi, normal doğuş üçün ərin əlindən gələni əsirgəməməsi atanı körpəyə daha çox bağlayır. Bu insanlar ata olmaqdan ləzzət və iftixar duyurlar.
Adət-ənənəyə görə, atanın körpəyə qulluğu gözlənilmir. Məhz bu səbəbdən də bir çox kişilər atalıq ləzzətindən məhrum olurlar. Hamıya elə gəlir ki, atanın vəzifəsi ailənin ehtiyaclarını ödəmək və övladları tərbiyə etməkdir. Kaş, gələcək nəsillər atadan körpəyə qayğı da umaydı. Belə bir dəyişiklik körpələrə xeyir gətirərdi.
Mənim fikrimcə, atanın körpəyə qulluğunun böyük əhəmiyyəti var. Bu iş körpənin psixoloji durumunu yaxşılaşdırmaqla yanaşı, işi ağır olan ananın ərindən razılığının səbəblərindəndir. Ana hiss edir ki, o, tək deyil və bir çox narahatlıqlar təbii şəkildə aradan qalxır.


more post like this