Bu hal, adətən, iki-üç yaşlı uşaqlar arasında müşahidə olunur. Uşaq bu yaşda olarkən diqqətli olur və hər şeyi yoxlamaq istəyir. Onu ifraz etdiyi nəcis də maraqlandırır. Nəcisin pisliyindən xəbərdar olmayan körpə ona toxunmaq istəyir. İlk dəfə ona mane olmaq lazım deyil. Amma körpənin nəcislə tanışlığından sonra bu işə son qoymaq lazımdır. Sizin, ifrazata ifrat iyrənc münasibətiniz normal hal deyil. Körpə öz nəcisindən o qədər iyrənə bilər ki, özünü yumaqdan çəkinər. Əksinə adi münasibət göstərsəniz uşağın öz nəcisi ilə oynamaq marağı da itər. Uşağın öz nəcisi ilə oynamasına xoş münasibət göstərmək isə qətiyyən yol verilməzdir.
Ümumiyyətlə, ifrazata diqqət məsələsini çox böyütməyin. Sağlam psixikaya malik olan valideynlər uşaqların ayaqyolunda müvəffəqiyyətli davranışından xoşhal olurlar. Amma bəziləri, az qalır ki, uşağın şah əsərinin tamaşasına ətrafdakıları da dəvət etsin. Uşaq ətrafdakıların bu münasibətindən duruxur. O düşünür ki, əgər ifrazat bu qədər dəyərlidirsə, nə üçün onu ayaqyolunda qoyub gedirlər. Uşaq bədəninin hazırladığı ifrazatla fəxr edir və onu başqalarına göstərmək istəyir. Ona imkan vermək lazımdır ki, nəcisinə özü su töksün.


more post like this