Sual: 84. Kitaba xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər kitaba ehtiyacı olarsa və şəninə uyğun olarsa, xümsü yoxdur.

Sual: 85. Sonrakı kurslar üçün aldığım kitablara xüms düşürmü?

Cavab: İmam (r) və Xamenei: Əgər bu kitabları almağa ehtiyacı olarsa və şəninə uyğun olarsa, xümsü yoxdur.

Fazil, Behcət, Sistani və Nuri: Xüms düşür. Əgər bu kitabları sonrakı illərdə ala bilmirsinizsə, bu halda xümsü yoxdur.

Təbrizi, Məkarim, Safi və Vəhid: Bəli, xüms düşür.

Sual: 86. Ehtiyacım olan kitabdan bir il istifadə etməsəm, ona xüms düşürmü?

Cavab: (Sistani və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Əgər istifadə olunacağı gözlənilirsə və şəxsin şəninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq ki, təsadüf nəticəsində bir il istifadə olunmur.

Sistani və Vəhid: Xümsü verilməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this