19) Şifahi nitq
Qadın və kişinin şifahi nitqindəki fərqliliyi hələ çox- çox əvvəllər dilçilər qeydə almışdır. Belə ki qadın və kişinin fərqli danışıq tərzi artıq XIX əsrdə nəzərə çarpmışdır. Onların nitqindəki fərqlilik müxtəlif situasiyalarda əsasən özünü göstərmişdir.

Həmçinin kişilər qadınlara nisbətən dili daha tez qavrayırlar. Onların nitqində neoloqizm və terminlər üstünlük təşkil edir. Qadınların isə nitqi daha neytral və sabitdir. Onların leksikası (söz ehtiyatı) köhnəlmiş söz və ifadələrdən, arxaizmlər və dialektik sözlərdən ibarətdir.

20) Rənglər
Qadın və kişinin rəng adlarından necə istifadə etmələri mütəxəssislər tərəfindən çox maraqlı faktlarla qeyd olunmuşdur. Rənglərin dildə istifadəsi qadın nitqində daha genişdir. O, rənglərin daha spesifik (xüsusilə əcnəbi dillərdən götürülmüş bej, pervanş və s. kimi) adlarını istifadə edir.
Kişi nitqində əsasən dolğun və əsas tonlara – qırmızı, qara, tünd-mavi, lakin qadın nitqində daha çox – çəhrayı, tünd-qırmızı, sarı və mavi rənglərə rast gəlinir.

21) Nitq hissələri
Qadın nitqində mürəkkəb və üstünlük dərəcəli sifətlərə, zərflərə və bağlayıcılara daha çox rast gəlinir. Qadınlar öz nitqlərində konkret, kişilər isə mücərrəd isimlərə üstünlük verirlər.
Qadın nitqində felin məchul növü, kişi nitqində isə felin məlum növü üstünlük təşkil edir. Bu onunla izah olunur ki, cəmiyyətdə kişi qadından daha fəal iştirak edir. Kişi nitqində sual, əmr və inkar cümlələri əksəriyyət təşkil edir. Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, hər hansı fikri ifadə edərkən qadın daha çox söz istifadə edir, nəinki kişi.

22) Yazı baxımından
Əsərlərdə, mətndə emosionallıqla təqdim olunmuş leksika, metofora, müqayisələrin və epitetlərin istifadəsi baxımından qadın yazısı, kişi yazısından xüsusilə seçilir. Onlar hissləri, emosiyanı, psixofizioloji vəziyyəti təsvir etmək üçün geniş söz ehtiyatından bəhrələnirlər. Eyni zamanda xanım yazıçılar ləqəb, alçaldıcı çağırışlardan istifadə etməməyə meyllidirlər.

23) Aktivlik
Kişilər fəaliyyətlərində qadınlara nisbətən daha aktivdirlər. Belə ki, bəzi mütəxəssislər məhkəmə iclası prosesini izləmiş və kişilərin qadınlara üstün gəlmələrini və hakimin qərarının kişi müdafiəçisinin xeyrinə həll olunmasının şahidi olmuşlar. Digər müşahidələrdə də qadınların təşəbbüskar deyil, müşahidəçi xarakter daşıması nəzərə çarpmışdır. Kişilər daima lider olmaq xüsusiyyətinə malikdirlər.

24) Gözəlliyə sevgi
Qadın gözəlliyə, incəliyə, zərifliyə fitrətən meyllidir. Öz praktikliyinə baxmayaraq, qadın qəşəngliyi faydalı ilə əvəz edə bilir. Məsələn, qadının güllərə olan sevgisi. Bir çox kişilər, hətta xanımlara gül hədiyyə etsələr də, qadınların gülləri sevməsini anlamırlar. Kişilərin düşüncəsinə görə, həmin pula daha uzunömürlü, faydalı, eyni zamanda ruha xoş gələn hər hansı başqa bir şey almaq olardı.

25) Ailəyə münasibət
Ailə, sevgi qadın üçün dünyada hər şeydən vacibdir. Qadın öz yaradıcılığında, şəxsi karyerasında uğur qazansa da, ondan həyatının ən xoş anını soruşsan, övladlarının dünyaya gəlmə anlarını və ya həyat yoldaşı ilə 40, yaxud 50 il ömür sürdüyünü qeyd edər. (Ümumən nəzərdə tutulur)

26) Münasibətdə qarşılıqlı tarazlıq
Bəzən fərqinə varmadan qadın ilə kişi münasibətində hansı cinsin idarə etməsi və ya hər hansı məişət və ya ailə daxilində kimin üstünlük təşkil etməsi çaşqınlıq yaradır. Belə bir deyim var: “Ağıllı, müdrik nənələr evdə oturaraq, daima dövləti idarə etmişlər”. Çünki onlar kişinin var-dövlətini idarə etmişlər, amma bu hərəkəti o qədər incəlik, yumşaqlıq və nəzakətlə həyata keçirmişlər ki, digər cins tərəfindən xoş qəbul olunmuşdur.

27) İş yeri
İş – kişi üçün qazanc mənbəyidir. Onlar adətən kollektivdə şəxsi münasibətin olub-olmamasına diqqət yetirmirlər. Amma qadınlar üçün iş yeri təkcə maddiyat mənbəyi deyil. Onlar işin keyfiyyətinə fikir verməklə yanaşı, eyni zamanda öz ailə üzvləri üçün də faydalı olmağa (evə ərzaq alırlar, evə zəng vurub övladlarının yeyib yemədikləri, dərslərini edib-etməmələri ilə maraqlanırlar və s.) çalışırlar.

28) Müxtəsərlik
Belə bir deyim var – müxtəsərlik istedadın yarısıdır. Bu xüsusiyyət adətən kişiyə daha çox aiddir, nəinki qadına.

29) Kəşf və zirəklik
Adətən hər hansı tapıntı və ya kəşf kişilərin adı ilə bağlıdır. Qadınlar monoton həyata fitrətən meyllidirlər. Kişilər isə onlardan fərqli olaraq, eynilikdən yorulurlar və tezliklə belə situasiyalardan qurtulmağa çalışırlar. Belə misallardan biri kimi, “pampersin” icadını göstərmək olar.

Amerika mühəndis-kimyaçısı Viktor Miləz tualet sabunlarının texnoloji xüsusiyyəti ilə məşğul idi. “Pampers”i icad etməyə həyat onu məcbur etdi: bazar günləri nəvələrini onun yanına baxmağa gətirirdilər və uşaq əskiləri onu təngə gətirmişdi. Məhz onun nəvələri məhz ilk “Pampers”i sınaqdan çıxarmış uşaqlar olmuşlar. 1961-ci ildə ilk dəfə olaraq pamperslər satışa çıxdı. Göstərilən misaldan belə, kişinin qadına nisbətən dəyişkənliyə və rahatlığa daha çox üstünlük verdiyi müşahidə olunur.

30) Bəlağətli sükut
Kişinin sükut etməsi qadının anlayışına görə, onun (kişinin) deməyə heç bir sözü qalmayıb. Lakin qadının sükutunu bəzən bəlağətli və fəsahətli sükut adlandırmaq olar. Həmin hərəkət çox vaxt küskünlüyün əlamətidir və bu, qadının özünün münasibətini göstərmək istədiyi üsullardan biridir.

31) Nitq
İntellektin xarici ünsürlərindən biri nitq sayılır. İntellektin məhdudluğu, adətən, söz ehtiyatının azlığında, sözlərin səhv tələffüzündə və bayağı (çeynənmiş) ifadələrin istifadəsində bilinir.
İntellekti artırmaq üçün təhsil, mütaliə, ağıllı insanlarla ünsiyyət və öz üzərində işləmək kimi xüsusiyyətləri inkişaf etdirməkdən gözəl heç bir üslub yoxdur. Qadının insanın nitqinə diqqətlə və incəliklə fikir verməsi onu əks cinsdən fərqləndirən başlıca amildir. Qadın üçün bu kriteriylə həmin insanın özündən nə təsəvvür yaratdığı məlum olur.

32) Savadlılıq
Orta hesabla qadınlar kişilərə nisbətən daha savadlı hesab olunur və onlardan (kişilərdən) daha çalışqan sayılırlar. Buna əsasən də daha savadlı insan psixoloji ünstünlüyə malik olur, ona görə savadsızlığı biruzə verməmək və aşkar etməmək təqdirəlayiqdir. Bu nəinki məktubda, eyni zamanda şifahi nitqdə də özünü göstərir.

33) Öz istəyinə nail olmaq
Məqsədyönlülük, inadkarlıq və öz istəyinə nail olmaq hissi kişilərə məxsus anlayışdır.

(ardı var…)

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this